Türkiyədəki tələbələr quru yolla necə qayıdacaqlar? – Açıqlama

“Hazırda Türkiyədə 27 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır”.
Bu barədə Sozcu.info -un sorğusuna cavab olaraq Azərbaycanın Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, həmin tələbələrin ölkəyə qayıdışı onların təhsil aldıqların ali təhsil müəssisəsindəki təhsilin təşkili formasına uyğun olaraq, şəxsi seçimləri əsasında tənzimlənir.
“Azərbaycana qayıtmaq üçün hansısa müraciət-qeydiyyat prosesinə zərurət olmadığından onların müvafiq sərhəd-buraxılış məntəqələrindən ölkəyə girişi aidiyyəti dövlət qurumları tərəfindən idarə edilir.
Elm və Təhsil Nazirliyində xaricdə, o cümlədən Türkiyədə yalnız dövlət hesabına təhsil alan Azərbaycan vətəndaşlarının qeydiyyatı aparıldığından şəxsi vəsait hesabına bu ölkədə təhsil alan Azərbaycana giriş edənlərin sayı barədə nazirlikdə məlumat mövcud deyil”, - qurumdan bildirilib.
Nazirlikdən həmçinin qeyd olunub ki, həmin şəxslərin hansı sərhəd-buraxılış məntəqələrindən ölkəyə buraxılmalarını aidiyyəti dövlət qurumu müəyyən edir.
Xatırladaq ki, Türkiyədə ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilən qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan mayın 10-dək quru sərhədləri vasitəsilə Azərbaycana daxil olmalarına icazə verilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}