İranda ayətullah qətlə yetirildi


İran Dini Ekspertlər Şurasının üzvü ayətullah Abbas Əli Süleymani Babolsar şəhərində silahlı hücum zamanı öldürülüb.
Sozcu.info xəbər verir ki, Mazandaran əyalətinin siyasi təhlükəsizlik üzrə nümayəndəsi müavini Vəhullah Selagi “Mehr”ə Sistan və Bəlucistan xalqının Ekspertlər Şurasındakı nümayəndəsi Ayətullah Süleymaniyə silahlı hücum xəbərini təsdiqləyib.
“Ayətullah Süleymani bu səhər silahlı basqın nəticəsində şəhid olub. Hücum edən şəxs təhlükəsizlik xidmətinin səyi ilə həbs edilib”, - o bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti