27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
"İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müşahidəçi missiyasının yerləşdirilməsi ilə bağlı sənədi imzalasaydı, indi daha stabil vəziyyət əldə edərdi".Sozcu.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Tsarqrad" telekanalına müsahibəsində deyib."2022-ci ilin payızında İrəvanda keçiriləcək KTMT sammiti üçün erməni müttəfiqlərimizin müraciətinə uyğun olaraq KTMT-nin müşahidəçilər missiyasının Ermənistan ərazisində yerləşdirilməsi ilə bağlı sənəd hazırlanıb. Əgər İrəvan artıq razılaşdırılmış və imzalanmağa hazır olan sənədi imzalasaydı, mən əminəm ki, Ermənistanın xeyrinə olacaqdı və daha sabit vəziyyət əldə edəcəkdi", - Lavrov bildirib.Rusiya XİN rəhbəri vurğulayıb ki, sənəd xarici işlər nazirləri səviyyəsində tam razılaşdırılıbmış:"Lakin son anda sammitin özündə erməni dostlarımız onun qəbulunu təxirə salmağı xahiş etdilər".