Güclü dövlət güclü ordu deməkdir



Hər bir dövlət güclü orduya malik olmaq üçün can atır. Bunu əsas səbəbi dövlətin müdafiəsinin təşkilində təməl daşında məhz ordunun olmasıdır. Güclü ordu hər baxımdan güclü dövlət demakdir. Eyni zamanda ordunun yaranması prosesi bəşər tarixinin ilk zamanlarına təsadüf edir və qədim tarixə malikdir. Çünki dövlətin yaranma əlamətlərindən biri məhz ordunun formalaşması prosesidir. Yəni dövlətin gücü, onun müstəqilliyinin təminatçısı mütəşəkkil ordunu mövcudluğundadır. Azərbaycan ordusunun yaranması çətin tarixi sınaqlardan keçib. Bunu səbəbi müxtəlif tarixi dövrlərdə baş verən mürəkkəb siyasi proseslərlə bağlıdır. Məlumdur ki, Silahlı Qüvvələrimizin formalaşması isə müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Tarixə nəzər salsaq görərik ki, Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. 

O vaxtlar Rusiya imperiyasının müsəlman xalqlarına həqarətli münasibəti, onların orduda xidmətdən “azad” edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxarmışdı. Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Ordunun peşəkar kadrlarla təmin edilməsi, texniki təchizatının yaxşılaşdırılması və s. istiqamətində lazımi qərarlar qəbul edildi. Ulu öndərin ordu quruculuğu siyasəti 

Prezident İlham Əliyevin hakimiyəti dönəmində nəinki uğurla davam etdirildi, həm də miqyas və mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoydu.  Müasir ordu quruculuğu istiqamətində İlham Əliyevin atdığı çoxsaylı addımlar, həyata keçirdiyi kompleks tədbirlər cəmi bir neçə il ərzində Azərbaycan ordusunu adi, sıradan bir ordudan dünyanın ən qüdrətli orduları sırasında qərarlaşdırdı. Nəzərə almaq lazımdır ki, ordun formalaşdırmaq üçün dövlətin maddi gücü əsas gostəricidir. Bunun üçün əvvəlcə dayanıqlı iqtisadi gücə malik dövlət formalaşdirmaq lazımdır. Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan qisa zaman kəsiyində buna nail olmuşdu. Prezident İlham Əliyev hər zaman çıxışlarında vurğulayırdı ki, ”Mənim əsas məqsədim dövlətin ərazi bütövlüyünü təmin etməkdir”. Bunun üçün məqsədyönlü siyasət aparan Prezident İlham Əliyev ordu quruculuğu prosesi əsnasında həyata keçirdiyi mühüm addımlardan biri hərbçilərin sosial rifahının yüksəldilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əmək haqlarının mütəmadi şəkildə artırılması ilə bağlı olub. 

Silahlı Qüvvələrin Ali Baş Komandanı hər zaman haqlı olaraq belə hesab edib ki, vətəni qoruyan, onun təhlükəsizliyini təmin edən, düşmən hücumları, düşmən təxribatlarına özünü sipər edən şəxslərin sosial rifahı, yaşam səviyyəsi yüksək olmalı, onlar maddi çətinlik, mənzil problemi və s. kimi hallarla üzləşməməlidir. İlham Əliyevin hərbi quruculuq siyasətində diqqət çəkən məqamlardan biri də Azərbaycan ordusunu dünya hərb sənayesinin ən müasir nailiyyətləri ilə silahlandırması, müasir hərbi texnikanın idxalına xüsusi diqqət yetirməsi ilə bağlıdır. Azərbaycanın iqtisadi gücündən maksimum faydalanaraq ordumuzu Türkiyə, İsrail, Rusiya, Belarus və s. kimi dövlətlərin müasir hərbi texnikaları ilə təchiz edən, onun davamlı modernləşdirilməsi prosesini həyata keçirən İlham Əliyev, bununla Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu qarşısndakı üstünlüyünü bir qədər də artırmış, onu sözün həqiqi məansıdna məğlubedilməz etmişdi. 

Təkcə bir faktı qeyd edim ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın Türkiyə və İsraildən aldığı kəşfiyayt və zərbə dronları düşmən hədəflərinin müəyyən edilməsi və məhv edilməsində mühüm rol oynamış, nəticədə işğalçı orduya məxsus, dəyəri milyonlarla dollarla hesablanan hərbi texnika, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları məhv edilmişdi. İlham Əliyevin ordu quruculuğunda mühüm yer tutan məqamlardan biri də yüksək peşəkarlığa malik hərbi kadrların hazırlanması ilə bağlıdır. Xatırladaq ki, ümummilli lider Heydər Əliyev böyük uzaqgörənlik göstərərək hələ sovet dönəmində - 19 aprel 1971-ci il tarixində Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi lideyin yaradılmasına nail olmuş, bununla da yerli hərbi kadrların hazırlanması üçün mühüm zəmin formalaşdırmışdı. Müstəqillik illərində Heydər Əliyev tərəfindən hərbi məktəb və akademiyaların yaradılması prosesi uğurla davam etmişdir. Ulu öndərin məlum siyasətini müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev yeni hərbi akademiyaların yaradılmasına nail olmuşdur. Buna nümunə olaraq Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli sərəncamı ilə Dövlət Sərhəd Xidməti Akademiyasının yaradımasını göstərmək olar. Hansı ki, 44 günlük Vətən müharibəsində bütün qoşun növləri kimi Sərhəd Qoşunları da torpaqlarımızın erməni işğalından azad edilməsində yaxından iştirak etmiş və böyük qəhrəmanlıqlar göstərmişdir. 

Bundan başqa, məhz İlham Əliyevin səyi nəticəsində yüzlərlə, minlərlə azərbaycanlı hərbi kadr qardaş Türkiyə başda olmaqla dünyanın bir çox dövlətlərində əlavə hərbi təhsil və təkmilləşdirmə kurslarına cəlb edilmiş, bununla da öz peşəkarlıqlarını daha da yüksəltmiş, dünya ordularının təcrübəsi ilə praktiki şəkildə tanış olmuşdular. Nəticədə, Azərbaycan Silahlı Qüvvələri hərb işini dərindən bilən nəhəng  peşəkarlar məktəbinə çevrilmiş, digər dünya orduları üçün nümunə sayılacaq səviyyəyə yüksəlmişdi. Təsadüfi deyil ki, İlham Əliyev sadəcə bütün dünyaya nümunə olacaq müasir ordunun qurucusu olmaqla yanaşı, həm də hərbçilərini vətən məhəbbəti, torpaq sevgisi, bayraq eşqi ilə silahlandıran komandan kimi tanınmaqdadır. İlham Əliyevin Ali Baş Komandan kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində formalaşdırdığı yüksək döyüş əzmi, vətən sevgisi, fədakarlıq keyfiyyəti özünü 44 günlük Vətən müharibəsində bütün aydınlığı ilə büruzə verdi. Təkcə Şuşa şəhərinin işğaldan azad edilməsi zamanı hərbçilərimizin sərgilədiyi qəhrəmanlıq – düşməni yalın əllə məhv edərək şəhəri azad etməsi gerçəyi deyilənlərə nümunədir. 

Azərbaycan ordusunun Şuşa uğrundakı döyüşlərdə sıldırım qayaları dırmaşaraq düşməni yalın əl, bıçaq və yüngül atıcı silahlarla məğlub etməsi dünyanın ən məşhur hərbi institutları, aparıci dövlətləri tərəfindən araşdırılmaqda, ətraflı şəkildə öyrənilməkdədir. Bütün bunlar şanlı Azərbaycan ordusunun, bu ordunun Ali Baş Komandanı olan İlham Əliyevin gücündən, böyüklüyündən, özünəməxsus bacarıq və səriştəsindən xəbər verir. Vətən müharibəsi göstərdi ki, Azərbaycan ötən dövrdə ordu quruculuğunda müasir yanaşmalara və innovativ texnikalardan istifadə olunmasına üstünlük verib. Uzun müddət havadaqalma qabiliyyətinə malik və müasir peyk-naviqasiya sistemi ilə təchiz olunan “HERON”, ortaölçülü çoxməqsədli “HERMES 900”, “HERMES 450”, “HAROP”, “Bayraktar” pilotsuz uçuş aparatları  44 günlük müharibədə düşmənin ölüm kabusuna çevrilmişdi. Vətən müharibəsində qazanılan şanlı Qələbə Azərbaycan Ordusunun gücünü bütün dünyaya göstərdi. Mütəxəssislərin də bildirdikləri kimi, Silahlı Qüvvələrimiz 44 gün ərzində XXI əsrin müharibəsini apardı və dünya hərb tarixinə bir sıra yeniliklər gətirdi. Böyük dövlətlər eyni zamanda bütün dünya Azərbaycan ordusunun Müzəffər Ali Baş Komandan ilham Əliyevin və xalqımızın birliyinə şahid oldu. “Dəmir Yumruq” düşmənə layiqli cavabını verdi və veracəkdə... Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu!

Məcid Rəsulov

Suraxanı rayonu, 140 saylı tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti