Dünən, 23:48
28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
“Azərsu” ASC inhisar mövqeyindən sui-istifadə edərək su sayğaclarını hüquqi əsas olmadan satıb.Sozcu.info xəbər verir ki, bu barədə məlumat İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 5 iyulda açıqladığı 2022-ci il üzrə fəaliyyət hesabatında qeyd olunub.“Təbii inhisar mövqeyindən sui-istifadə edərək mənzil-tikinti kooperativləri tərəfindən yeni inşa olunan çoxmənzilli binalarda su sayğaclarının hüquqi əsas olmadan satılması üzrə “Azərsu” ASC-yə təbii inhisar qanunvericiliyi tələblərinin pozulması hallarının aradan qaldırılması barədə göstəriş verilib.“Azərsu” ASC-yə inhisar mövqeyindən sui-istifadə edərək su sayğaclarının hüquqi əsas olmadan satılması üzrə təbii inhisar qanunvericiliyi tələblərinin pozulması hallarının aradan qaldırılması barədə göstərişin tələblərini yerinə yetirmədiyindən 11 000 manat maliyyə sanksiyası tətbiq edilib”, - məlumatda deyilir.