Dünən, 23:48
28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
Avqustun 21-i saat 10:00-a olan məlumata görə ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 20-də gündüz Lənkəran-Astara bölgəsinin bəzi yerlərində qısamüddətli yağış yağıb (1 mm-dək).
Milli Hidrometeorologiya Xidmətindən Sozcu.info-ya verilən məlumata görə, havanın maksimal temperaturu Abşeron yarımadasında 36 dərəcəyədək, Naxçıvan MR-da və aran rayonlarında 37 dərəcəyədək, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olub.
Avqustun 21-23-də əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtımalı var. Cənub-şərq küləyi üstünlük təşkil edəcək.