Lənkəran Dövlət Universitetində nələr baş verir?

 Bu Lənkəran Dövlət Universiteti var ha başı üzərindən qara buludlar əksik olmur. Çəkişmələr, didişmələr, rektor və professorların, müəllimlərin çəkişməsi sönmək əvəzinə daim alovlanır. Bir vaxtlar universitetə rəhbərlik edən Asəf İsgəndərov külli lerikliləri başına cəm edərək görkəmli alimləri: -professorları, dekanları, kafedra müdirlərini min cür bəhanə ilə tutduqları vəzifədən uzaqlaşdırdı və əvəzinə özünün kütbeyin qohum-əqrabalarına universitetdə ən məsul vəzifələr verdi. 

Asəf İsgəndərovun bu intriqası, özbaşınalığı barədə “Kirpi” jurnalında “vəzifə lotosu” sərlövhəli felyentonda dərc olundu və Təhsil Nazirliyi rektorun hərəkətləri barədə ciddi tədbirlər də gördü. Bəli, bunlar bir qədər arxada qalsa da universitetdə yenə qohumbazlıq “dostbazlıq” hökm sürür. Aldığımız ciddi siqnala görə universitetin bu günki rəhbəri, yəni rektoru Natiq İbrahimov sələfi Asəf İsgəndərovdan heç də geri qalan deyilmiş. Natiq bəy universitetdə filologiya elmləri doktoru, professor Yadulla Ağazadə, filologiya üzrə fəlsəfə doktoru Rüqsarə Feziyeva, filologiya üzrə fəlsəfə doktoru Könül Feziyeva və elmlər doktoru Elşad Cəfərli ola-ola Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini   Möhübbət Babayevin “xahişi ilə”  gəlini Ülkər Babayevani universitetdə elm və tədqiqat işləri üzrə şöbəyə müdir təyin etmişdir. 

Birinci müavinin xahişini yerinə yetirən Natiq İbrahimov beləliklə universitetdə böyük qalmaqal yaratmışdır. İndi söz Elm və Təhsil Nazirliyinindir. Görək nazir rektor Natiq İbrahimova “sağol”mu deyəcək yoxsa bir yağlı töhmətmi yapışdıracaq.

 Səhrəd Məmmədov, 

Əməkdar jurnalist

KİRPİ jurnalı



Oxşar Xəbərlər

Xəbər lenti