Rayon avtovağzallarında sıxlıq yaşandı - VİDEO


Bayram tətili bitdiyi üçün bölgələrə üz tutan sakinlər geri qayıdırlar.

Sozcu.info-nun məlumatına görə, bu səbəbdən rayon avtovağzallarında sıxlıq yaşanır.

Lənkəran avtovağzalından bildirilib ki, bayram günlərində sərnişinlərin sayı adi günlərlə müqayisədə 2-3 dəfə artıb:

“Sıxlığın qarşısını almaq üçün xəttə əlavə avtobuslar buraxılıb. Süni qiymət artımının olmaması üçün nəzarət tədbirləri gücləndirilib”.

Zaqatala avtovağzalında da vəziyyət eynidir. Amma tətildə rayona gələn sakinlər paytaxt və digər rayonlara qayıtmaq üçün biletlərini 3-4 gün əvvəldən onlayn şəkildə alıblar.

Avtovağzal rəsmisinin verdiyi məlumata görə, dünəndən gücləndirilmiş iş rejminə keçilib.

Tətilin son günündə Gəncədən də paytaxta yola düşənlərin sayında ciddi artım müşahidə olunur və buna uyğun hazırlıq görülüb.

Sərnişinlər bildiriblər ki, istər onlayn, istərsə də kassadan bilet alışı zamanı ciddi çətinliklə üzləşməyiblər.

Süni qiymət artımı ilə bağlı avtovağzal rəhbərliyinə heç bir müraciət daxil olmayıb.

Ətraflı süjetdə:





Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}