27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
"Statistikaya görə nəzəri azalma olsa da zorakılıq və narkomaniya hələ də qalır"
"2022-2023-cü ilin statistikasına əsasən azalma müşahidə edilsə də zorakılıq və narkomaniya hələ də qalır".
Sozcu.info bildirir ki, bu sözləri Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Kənan Zeynalov “Liatris Holding”in təşkilatçılığı, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatının dəstəyi ilə Heydər Əliyevin 100 illiyinə həsr edilən “Qadına şiddətə son” layihəsi çərçivəsində “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbirdə deyib.
Kənan Zeynalov qeyd edib ki, narkomaniya və zorakılıq təkcə bir ailənin deyil, cəmiyyətin problemidir:
"Bu problemlərlə mübarizə aparmaq üçün mübarizə proqramları təşkil etmək və birgə fəaliyyət göstərmək lazımdır. Mübarizə üçün mental sağlamlığı gücləndirmək lazımdır. Bu mübarizədə bütün təşkilatların və fərdlərin birgə çalışması vacibdir. Cəmiyyətimizi daha təhlükəsiz vəziyyətə gətirmək üçün çalışmalıyıq. Bu fəaliyyətdə vətəndaş-dövlət həmrəyliyini qorumaq lazımdır.
Baş Prokurorluq bu mübarizədə əhəmiyyətli rola malikdir. Hər bir həssas şəxsdən xahiş edilir ki, belə bir halla qarşılaşdıqları halda dövlət qurumlarına məlumat versinlər. Hər bir şəxsin sosial şəbəkə hesabı var və hər bir qurumun da sosial şəbəkə səhifəsi var. Heç bir ağır prosedurdan keçmədən vətəndaşları narahat edən məsələləri aidiyyəti qurumlara çatdıra bilərlər”.Musavat.com