DYP bu şəxslərə xəbərdarlıq etdi


Dövlət Yol Polisi (DYP) ikitəkərli nəqliyyat vasitəsi idarə edən şəxslərə xəbərdarlıq edib.

Bu barədə Sozcu.info-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, hazırda paytaxt ərazisində müşahidə olunan güclü külək yollarda qəza riskini artırır:

"Belə hava şəraiti ikitəkərli, o cümlədən moped, motosiklet, elektroskuter, velosiped tipli nəqliyyat vasitələrinin idarə edilməsində isə xüsusilə ciddi çətinliklər yaradır. Küləyin təsiri nəticəsində müvazinətin itirilməsi ikitəkərli nəqliyyat vasitələrinin aşma ehtimalını dəfələrlə artırır ki, bu da sürücünün özü, eləcə də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükədir. BDYPİ ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə mövcud hava şəraitini düzgün qiymətləndirməyi və bu tip nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi tövsiyə edir".





Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}