8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rüşvət vermə rüşvət alma kimi ictimai təhlükəli cinayət hesab olunsa da, bir çox hallarda rüşvət verən məsuliyyətdən yayına bilir. Halbuki rüşvət vermə və rüşvət alma kimi cinayətlərin törədilməsi zamanı, bir qayda olaraq, zərərçəkmiş şəxs olmur, ona görə ki, hər iki cinayət bir-birilə sıx bağlı əməllərdir. Dünyanın əksər ölkələrində, o cümlədən demokratik dövlətlərdə rüşvət vermə də cinayət əməli hesab olunur. Çünki rüşvət verən bununla özünə əlverişli məqamlar qazanır ki, bu da cəmiyyətin üzvülərinə bərabər imkanların yaradılması ilə bağlı hüquqi dövlətin təməl dəyərini dağıdır. Rüşvət verən bu cinayət əməli ilə başqalarının hüquqnu pozduğu kimi özü üçün də müstəsna hüquqlar qazanır. Rüşvət vermə eyni zamanda cəmiyyətdə rəqabət imkanı ilk andan aradan qaldırır. Bu isə cəmiyyətin inkişafını əngəlləyən ən ciddi problemdir. Əgər belə olmasaydı, prezident İlham Əliyev rüşvətxorluğu və korrupsiyanı ən böyük bəla adlandırmazdı.
Rüşvət əməlində ən azı iki tərəf olduğu halda, təəssüf ki,bir qayda olaraq bir tərəf, rüşvət alan cəzalandırılır. Cinayət məsuliyyətdən kənarda qalan şəxsin isə yenidən cinayət törətməsi ehtimalı isə çox yüksəkdir. Müdrik fikirdə deyildiyi kimi, dövlət iki halda dağıla bilər. “Günahsız cəzalandırıldıqda və cinayətkar cəzasız qaldıqda”. Rüşvət vermə aktiv rüşvətxorluq sayılsa da, rüşvət verənlər cəzasız qalır.
Astara rayon Şahağaçı kəndinin sakini Rəşad Ramiz oğlu Mədətovun rüşvətlə torpaq sahələrini ələ keçirmək cəhdində yaşananlar buna bariz nümunədir. Rəşad Mədətov 6 hektar torpaq üçün 20 min ABŞ doları, 29 hektar torpaq üçün 14 min dolar verdiyini bəyan etməklə Astara rayon icra başçısının Şiyəkaran kəndi üzrə ərazi nümayəndəsi işləmiş Əliyev Tofiq Həsən oğlunun bu cinayət əməlində ittiham olunmasına səbəb olmuşdur.
Tofiq Əliyev istər istintaq, istərsə də məhkəmə prosesində Rəşad Mədətovun bu ittihamlarını rədd etmiş, rüşvət almadığını bildirmişdir. Ancaq bununla belə Rəşad Mədətovun sübutu, dəlili olmayan iddiası üzərinə Tofiq Əliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin Rəşad Mədətov bununla da kifayətlənməmiş Tofiq Əliyevin ona 396 min 500 manat ziyan vurduğunu bildirərək yeni bir məhkəmə davası açmağa çalışmışdır. Haqq nazilər, amma üzülməz deyib-atalar. Astara rayon Məhkəməsi 04 noyabr 2022-ci ildə haqqın üzülməsinə imkan verməyərək Rəşad Mədətovun Tofiq Əliyevə qarşı iddiasını rədd edib. Rəşad Mədətov isə məhkəmənin bu qərarı ilə razılaşmayıb. Bu isə gözlənilən idi. Əgər, Rəşad Mədətov 6 hektar torpaq sahəsini 20 min ABŞ dolları, 29 hektar torpaq sahəsini isə 14 min ABŞ doları rüşvət verməsinə görə məsuliyyətə cəlb edilsəydi, hüququ özünün alətinə çevirmək niyyətinə düşməzdi. Məhkəməllərdən öz niyyəti üçün istifadə edə bilməyən Rəşad Mədətov dövlət başçısı İlham Əliyevə müraciət edərək iddiasına ədalətli baxılmadığını bildirir. Hesab edir ki, bununla məhkəmələrə təsir edə bilər. Görünür Rəşad Mədətov bilmir ki, Azərbaycan Prezidenti Konstitusiyanın 8-ci maddəsinin 4-cü hissəsində ifadə olunduğu kimi məhkəmə hakimiyyətinin müstəqiliyinin təminatçısıdır. Bunu hamı, ilk növbədə isə Rəşad Mədətov bilməlidir ki, Prezident İlham Əliyev heç bir zaman məhkəmələrin işinə kiminsə müdaxilə etməsinə yol verməz.
Rəşad Mədətov əyri yollarla ələ keçirdiyi torpaqlarda uzun illər təsərrüfat işləri həyata keçirib və böyük gəlirlər əldə edib. Əslində, bu gəlirləri başqaları, bu torpaqlara qanuni yolla sahib olmuş insanlar qazanmalı idilər. Rəşad Mədətov aktiv rüşvətxorluq əməli həmin insanların hüquqlarını pozduğu kimi, onları əldə edə biləcəkləri gəlirlərdən məhrum edib. İndi həmin insanlar öz hüquqlarının müdafiəsinə qalxmalı, Rəşad Mədətovun onlara kompensasiya ödəməsinə nail olmalıdırlar. Mövzunu diqqətdə saxlamağa və adları çəkilən şəxslərlə yanaşı bu prosesdə maraqlı pozulan tərəflərin də mövqeyini dinləməyə hazırıq.
Sozcu.info