28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında təmir-yenidənqurma işləri başa çatıb.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məlumat yayıb.
Məlumata görə, bu gündən qatarlara bu stansiyada dayanacaq verilməsi bərpa edilib.
Hərəkət cədvəli və biletlər haqqında məlumatı dəmiryol vağzallarının kassalarından, www.ady.az saytından, "ADY Mobile" (www.ady.az/app) tətbiqindən və yaxud 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.