Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü - VİDEO


Bakıdakı şadlıq evinin zirzəmisini və parklanma zonasını su basıb.

Cia.az Xəzər TV-yə istinadən məlumat verir ki, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən şadlıq evinin zirzəmisinə yığılan su getdikcə artmağa başlayıb.

Həmin şadlıq evini işlədən Ruslan Hüseynov bildirib ki, hadisə dünən, günün ikinci yarısında baş verib. Good news.

R.Hüseynov deyir ki, istilik borusunun partlaması səbəbindən onlara ziyan dəyib. İndi o, aidyyəti qurum tərəfindən problemin tam aradan qaldırılmasını istəyir.

Məsələ ilə bağlı “Azəristiliktəchizat”dan bildirilib ki, həmin ünvanda magistral xətdə qəza baş verib, hazırda tədbir görülməkdədir. O da bildirilib ki, qurum magistral yolda istənilən vaxt qazıntı işləri apara bilmir və bunun üçün aidyyəti dövlət qurumları ilə razılaşdırılma aparılmalıdır.

Həmçinin həmin ərazidə hərəkətin təhlükəsizliyi təmin edilməli və digər tədbirlər görülməlidir. Hazırda bu istiqamətdə iş aparılır və təcili texniki tədbirlər görülür.

Comments:



Oxşar Xəbərlər

Xəbər lenti