10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
Dünən, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“Azəristiliktəchizat”ın xidmət rəisindən mənzilini qızdıra bilməyən sakinlərəÇAĞIRIŞ
Yeni Müsavat Qəzeti
РЕКЛАМА
“Azəristiliktəchizat”ın xidmət rəisindən mənzilini qızdıra bilməyən sakinlərəÇAĞIRIŞ
Artıq dünəndən başlayaraq Bakı və digər ərazilərə istilik sisteminin verilməsinə başlanılıb. İstilik veriləndən sonra bəzi vətəndaşlar normal istilik ala bilməmələrindən şikayət etməyə başlayıblar.
Bu problemlər nədən qaynaqlanır? Ümumiyyətlə, istilik verilməsində hansı problemlər mövcuddur? Hazırda Bakıda nə qədər bina və mənzil istiliklə təmin edilir? Bu və digər suallara cavab tapmaq üçün “Azəristiliktəchizat” ASC ilə əlaqə saxladıq.
“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev BAKU.WS-ə açıqlamasında bildirdi ki, bu istilik mövsümündə qurumun vətəndaşlara istilik verilməsi ilə bağlı ciddi problem yoxdur. Yaranmış bəzi çatışmazlıqlar isə texniki məsələlərdən qaynaqlanır.
“Artıq oktyabrın əvvəllərindən tədbirlər planı əsasında işlər görülüb. Həmişə olduğu kimi Azərbaycanın dağlıq rayonlarında noyabrın birindən, Bakı şəhərində və digər ərazilərdə isə noyabrın 15-dən istilik sisteminin verilməsi nəzərdə tutulur.
Havaların soyuq keçməsilə əlaqədar qurumumuza daxil olan müraciətlərə əsasən internat məktəbləri, doğum evləri, xəstəxana və bəzi sosial evlərə istiliyin verilməsini vaxtından əvvəl işə salmışdıq. Bu məsələ həmin qurumlarla “Azəristiliktəchizat” ASC arasında bağlanan müqavilələr əsasında tənzimlənir.
Noyabrın 15-dən sonra “Azəristiliktəchizat” ASC-nin işləməsi nəzərdə tutulan 559 qazanxana və 90 istilik məntəqəsi vasitəsilə 3800 yaşayış binası, 184 minə yaxın mənzil, o cümlədən layihə üzrə nəzərdə tutulan bütün məktəb, uşaq bağçası, səhiyyə müəssisələrinin istiliklə təmin olunmasına başlanılıb. İstilik sistemlərin işə salınması ilə bağlı noyabrın 14-dən xüsusi göstəriş verilib”, - deyə qurum rəsmisi bildirib.
Rafiq Əliyev deyir ki, vətəndaşlar istilik verilməsilə bağlı problem yaşadıqda 956 saylı Çağrı mərkəzinə müraciət edə bilərlər:
“Hazırda 956 saylı Çağrı mərkəzi gücləndirilmiş şəkildə fəaliyyət göstərir. Kiminsə evində istilik olmadığı, yaxud problem yaşandığı halda bu nömrə vasitəsilə müraciət edə bilərlər. Hər bir müraciətə fərdi yanaşılır və qeyd edilən ünvana mütəxəssis göndərilir.
Məsələ “Azəristiliktəchizat”dan qaynaqlanırsa, problem dərhal həll edilir. Vətəndaşın mənzilində texniki problem varsa, bu zaman təmənnasız texniki dəstək göstərilir.
Əslində binalarda sonuncu mərtəbələrdə yaşayan vətəndaş sistemdə qalan havanı buraxmalıdır ki, su normal dövr etsin. Bəzən həmin mənzildə vətəndaş yaşamır, bu zaman digər mənzillərə istilik normal getmir. Belə müraciətlər daxil olur.
Baxmayaraq ki, mənzildaxili istilik məsələləri “Azəristiliktəchizat”ın vəzifələrinə daxil deyil, amma yenə də biz işçilərimizi göndəririk. İşçilər ya sonuncu mərtəbədən, yaxud da zirzəmidən sistemdə qalan havanı çıxarırlar və dövriyyəni yaradırlar ki, istilik təmin edilsin.
Bəzən kiməsə isti olur, vətəndaş radiatorun vintelini bağlayır. Bu zaman istilik dövr etmir. Bəzən şikayət edən vətəndaşın öz mənzilindəki sistemdə problem yaranır. Bunlar hamısı texniki məsələlərdir. Yaxşı olar ki, vətəndaşlar payız-qış mövsümü başlamamışdan əvvəl sistemi yoxlasınlar. Əgər ötən mövsümdə radiator tam qızmayıbsa, həmin radiatoru yuyub təmizləmək lazımdır.
Əgər ötən mövsümdə sızma olubsa, bu mövsüm daha çox axıntı olacaq. Bu zaman həmin radiator yenisi ilə əvəzlənməlidir. Vintil, mənzildən dik qalxan dayaqlar yoxlanılmalıdır. Sovet dövründə tikilən mənzillərdə boruların keçiricilik qabiliyyəti aşağı düşüb.
Yaxşı olar ki, həmin borular plastik borularla yenilənməlidir. Bəzi vətəndaşlar təmir apararkən balkon artırmaları ediblər. Qızdırıcı cihazın yerini dəyişdiriblər. Bu zaman boruları əyiblər. Boruların əyilməsi nə qədər çox olursa, daha çox müqavimət yaranır.
Bu da verilən istiliyin keyfiyyətinə birbaşa təsir edir. Bəziləri texnoloji ardıcıllığı düzgün birləşdirmir. Bu zaman radiator tam qızmır. Təmir işləri aparılarkən “Azəristiliktəchizat”a müraciət edin. Heç bir təmənna olmadan sizə köməklik göstəriləcək.
İstilik sistemində gedən-qayıdan borular düzgün birləşdirilməlidir. Borunun diametri düzgün seçilməlidir. Vətəndaş mənzili təmir edir, bu məsələlərə diqqət yetirmir. Sonra da keyfiyyətsiz istilik alır və bizi günahlandırır”.
İstilik haqlarının ödənilməsinə gəlincə, Rafiq Əliyev deyir ki, bu istiqamətdə də ciddi narahatlıq yoxdur:
“İstilik haqlarının ödənilməsilə bağlı ciddi problem yaranmayıb. Tariflərimiz də elədir ki, vətəndaşların maliyyə vəziyyətinə uyğundur. 1 km yaşayış sahəsi üçün 15 qəpik müəyyən edilib.
Bəzi vətəndaşlar məbləği vaxtında ödəyir, bəziləri isə növbəti mövsüm başlayana qədər ödəyirlər. Ödəməyən olduğu halda vətəndaşlarla fərdi danışıqlar aparılır.
Çox təəssüf ki, istilik sisteminin fərdi şəkildə kəsilməsi mümkün olmur. Bir vətəndaşa görə digərinin də hüquqlarını itirmək olmur”.
Oxşar Xəbərlər
Bakıda binalara mərkəzi istilik nə vaxtdan veriləcək? - AÇIQLAMA
Azərbaycanda istiliyin verilməsinə başlanılıb
“Azəristiliktəchizat”ın nizamnamə kapitalı kəskin artırılıb
Bakıda istiliyin verilməsi tezləşdirildi
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…