15-02-2025, 09:38
11-02-2025, 11:22
6-02-2025, 11:51
27-01-2025, 14:21
12-01-2025, 15:28
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Çinin CGTN telekanalına verdiyi müsahibə, ölkəmizin son illərdə əldə etdiyi nailiyyətləri və beynəlxalq arenadakı mövqeyini əks etdirir. Bu müsahibə, Azərbaycanın ərazi bütövlüyünün bərpası, iqtisadi inkişafı, beynəlxalq təşkilatlarla əməkdaşlığı və strateji tərəfdaşlıqları kimi mühüm mövzuları əhatə edir.Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini vurğulayıb. O, demək olar ki, 30 il ərzində bu məsələnin Azərbaycanın milli ideyası olduğunu və ədaləti bərpa etmək üçün bütün səylərin səfərbər edildiyini qeyd edib. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədiyi və beynəlxalq təşkilatlar yardımçı olmadığı üçün Azərbaycan bu problemi özü həll etməli olub. Bu, bir daha göstərir ki, dünyanın beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var. Azərbaycanın müstəqilliyinin bərpasından sonra güclü və özünü təmin edən iqtisadiyyat qurulduğu, ÜDM-ə nisbətdə xarici borcun səviyyəsinin cəmi 6,9 faiz olduğu qeyd edilib. Bu iqtisadi əsaslara dayanaraq, regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirilib və Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutulub. Milli maraqların, həyat tərzinin və müstəqil siyasətin qəti şəkildə müdafiə edilməsi nəticəsində çoxlu uğurlar əldə edilib. Bu nümunə göstərir ki, cəmiyyətdə sabitlik və birlik varsa, ölkə öz maraqlarını müdafiə edə bilər. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük prosesinin uzun illərdir davam etdiyi, lakin proteksionizm, ikili standartlar və tariflər kimi maneələrin mövcud olduğu bildirilib. Bu səbəbdən danışıqlar prosesi davam edir və üstünlüklər və zəif tərəflər ciddi şəkildə qiymətləndirilir. Eyni zamanda, Azərbaycanın iqtisadiyyatı özünü təmin edir və xarici borcun səviyyəsi ən aşağı səviyyədədir. Bu səbəbdən, ÜTT-yə üzvlük məsələsində maksimum müsbət şərtlərin əldə edilməsinə çalışılır. Ötən il Çin və Azərbaycan arasında strateji tərəfdaşlıq üzrə Bəyannamə qəbul edilib və bu, ikitərəfli əlaqələrdə çox mühüm siyasi addım kimi qiymətləndirilib. Strateji tərəfdaşlıq yüksək səviyyəli qarşılıqlı etimad və əməkdaşlıq deməkdir və Azərbaycan Çin ilə tərəfdaşlığın genişləndirilməsini arzulayır. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) dialoq üzrə tərəfdaş statusuna malik olduğu və bu təşkilatla daha da yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayiş etdirildiyi qeyd edilib. ŞƏT-in və BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Coğrafi mövqe və Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfə nöqteyi-nəzərindən Azərbaycanın əhəmiyyəti vurğulanıb. Azərbaycanın qazıntı enerji növlərindən əldə etdiyi gəlirləri yaşıl texnologiyalara və yaşıl enerjiyə investisiya etdiyi və bu sahədə Çin texnologiyasından istifadə etdiyi bildirilib. 2027-ci ilə qədər 2 giqavat, 2030-cu ilə qədər isə 6 giqavat həcmində Günəş və külək elektrik enerjisi hasil etmək hədəflənir. Bu layihələrə sərmayə yatıran xarici və yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər. Çin vətəndaşları üçün viza tələbinin aradan qaldırıldığı və bunun turistlərin sayını, xalqlar arasında təmasları artıracağı qeyd edilib. Ümid edilir ki, tezliklə Azərbaycan vətəndaşları da bu fürsətdən yararlanacaq. Bu addım ictimai diplomatiyaya da töhfə verəcək. Prezident İlham Əliyevin CGTN telekanalına verdiyi müsahibə, Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq ərazi bütövlüyünü bərpa etdiyini, güclü iqtisadiyyat qurduğunu və beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirdiyini göstərir. Eyni zamanda, Çin ilə strateji tərəfdaşlıq və yaşıl enerji sahəsində əməkdaşlıq kimi yeni perspektivlər də diqqətəlayiqdir.Şərif Hüseynov Suraxanı rayonu, 280 nömrəli tam orta məktəbin tarix müəllimi
Sozcu.info