18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində boğulan iki qardaş ‒ 26 yaşlı Orxan Abdıyev və 24 yaşlı Ramazan Abdıyevlə bağlı təfərrüat məlum olub.
Sozcu.info Baku TV-yə istinadən xəbər verir ki, qohumlar mərhum Orxan Abdıyevin payızda toyunun olacağını bildirib.
"Böyük oğlumun Bakıda evi, hər şeyi hazır idi", - deyə mərhumların atası İsrail Abdıyev söyləyib.
Gənclərin qohumları hadisəni belə şərh ediblər:
"Deyirlər ki, Ramazan suya düşüb. Orxan bir-iki dəfə çıxarmağa cəhd etsə də, kanalın kənarı sürüşkən olduğu üçün təzədən suya düşüblər və hər ikisi boğulub. Onlar hamıya can yandıran, qohum qədri bilən uşaqlar idilər. Ailədə başqa uşaq olmadığına görə valideynləri üçün vəziyyət çox çətindir".
Daha ətraflı videomaterialda: