Bu gün, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
Qayınata ilə kürəkən bir-birini bıçaqladı, ölən var.
Şəmkirdə qayınata ilə kürəkən arasında yaranan mübahisə ölümlə nəticələnib.
Sozcu.info xəbər verir ki, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb.
Belə ki, 1968-ci il təvəllüdlü Sənan Əsgərov kürəkəni, 1993-cü il təvəllüdlü Tural Abdullayevlə dalaşıb.
Dava qısa zamanda daha da şiddətlənib və S.Əsgərov kürəkəninə, T. Abdullayev də qayınatasına bıçaqla xəsarətlər yetirib.
Hər 2 şəxs xəstəxanaya çatdırılsa da, T. Abdullayevin həyatını xilas etmək mümkün olmayıb.
Sənan Əsgərovun vəziyyəti isə kafi qiymətləndirilir.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.