23-12-2025, 18:26
18-12-2025, 11:11
18-12-2025, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
Avqust ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 94 nəfər qəbul edilib.
Sozcu.info xəbər verir ki, xəstələrdən 30 nəfər dərmandan, 37-si sirkə turşusundan, 5-i həlledici məhluldan zəhərlənən şəxslərdir.
Həmçinin 13 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm zəhərlənməsi səbəbilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü (2 nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) ölüb.
Ölüm halları sirkə turşusu zəhərlənmələrindən qeydə alınıb.