10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
Əvvəlki
Sonrakı
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
İranda keçmiş MMA çempionu edam edildi
26-05-2026, 21:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
YA BÖYÜK SAVAŞ, YA BÖYÜK BARIŞ! – Putin-Ərdoğan görüşündən asılı İran siyasəti
Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında bağlı qapılar arxasında üz-üzə, göz-gözə keçiriləcək növbəti görüşün tarixi və yeri açıqlanıb – 29 sentyabr, Soçi şəhəri. Bu, Cənubi Qafqazda yeni geopolitik reallıqlar yaradan 44 günlük Qarabağ savaşının bitməsindən sonra Ərdoğan və Putinin - bölgədə yürüdülən yeni siyasətin və gələcək nizamın əsas memarları sayılan iki prezidentin ilk birbaşa canlı təması, görüşüdür. Telefonla danışsalar da, bu iki güclü xarakterli liderin bağlı qapılar arxasında son görüşü 2020-ci ilin martında Moskvada olmuşdu və 6 saat çəkmişdi.
..
Şübhəsiz ki, bu dəfə də müzakirə masasında Rusiya-Türkiyə münasibətlərində hər an həm böyük savaş, həm də böyük barış atmosferi yarada bilən Suriya və Qarabağ məsələsi ön planda olacaq. O məsələlər ki, başqa bir regional oyunçunun –
son günlər Azərbaycanla münasibətlərdə süni gərginlik yaradan İranın da həyati maraqlarıyla birbaşa bağlıdır və rəsmi Tehran bağlı qapılar arasında keçiriləcək bu görüşün nə ilə nəticələnəcəyindən çox narahatdır.
İranın əsas narahatlığı odur ki, Rusiya ilə Türkiyə arasında qurulan əməkdaşlıq münasibətləri daha da inkişaf etdirilərək, onun və Çinin əleyhinə qurulmuş yeni böyük bir ittifaqa çevrilə bilər.
Bunun üçün real zəmin də var – koronavirusla dağıdılan köhnə düzən artıq
ABŞ və Çin arasında
rəqabətin artması, iqtisadi əlaqələrin ön plana çıxarılması və bu məqsədlə yeni ittifaqların qurulması ilə müşahidə edilir. ABŞ-ın əsas strateqlərindən olan
Zbiqnev Bjezinski
vaxtilə yazırdı ki, böyüyən Çinin və ipə-sapa yatmayan İranın qarşısının alınmasının ən yaxşı yolu Amerikanın iki ölkəni -
Türkiyəni və Rusiyanı öz tərəfinə çəkməsi, onun hər ikisini “Genişləndirilmiş Avropa”nın sıralarına qəbul etməsidir.
“Amerika siyasətinin patriarxı”
adlandırılan, artıq 100 yaşını haqlamaq üzrə olan (1923-cü ildə doğulub) başqa bir nəhəng strateq –
Henri Kissincer
də hesab edirdi ki, ABŞ Rusiya ilə gələcək münasibətlərini
“dost, yoxsa düşmən olmaq”
istiqamətində hələ tam qətiləşdirməyib və o, öz qlobal liderliyini və təhlükəsiz dünya nizamını saxlamaq üçün mütləq
Rusiyanın demokratikləşdirilməsinə
və onunla əməkdaşlığa can atmalıdır.
İranın nüvə iddialarının önünü kəsmək üçünsə onunla danışıqları zəruri sayan Kissincer, rəsmi Tehran anlaşmadan qaçacağı halda, ABŞ-ın şiə İranın bütün sərhədləri boyu sünni ittifaqının qurulması işini dəstəkləyəcəyinə və
Türkiyə, Misir, Səudiyyə Ərəbistanı
kimi ökələrin də nüvə silahı əldə edə biləcəyinə eyham vurur...
Hazırda Əfqanıstanda “Taliban”ın hakimiyyətə gətirilməsi ilə sünniliyin hənəfi məzhəbinə mənsub radikal islamçıların Çin-Rusiya-İran üçbucağında həvəsləndirilməsi və Rusiya ilə İran arasında yeganə quru əlaqəni təmin edən körpüdə -
Azərbaycanda da eyni məzhəbli Türkiyə və Pakistanın təsirinin xüsusilə artması Rusiya ilə yanaşı, İranı da bərk təşvişə salmaqla, onlara zəif yerlərini xatırladıb
. Rusiya radikal islamın Şimali Qafqazda və Orta Asiyada, sonra da onun öz içərisində artacağından çox narahatdır. Uzun illər Ermənistana verdiyi dəstək səbəbindən və xüsusən də 44 günlük Qarabağ savaşında Azərbaycanda böyük nüfuz itkisiylə üzləşən İran isə onun özünün yaratdığı bu boşluğu
Türkiyə və Pakistanın
tutduğunu, bunun isə gələcəkdə şiə məzhəbli Azərbaycanda sünniliyin sürətlə yayılmasına rəvac verəcəyini yaxşı anlayır.
İlk baxışdan Rusiya və İranın bölgədə, o cümlədən Azərbaycanda əvvəlkitək əlbir, ortaq hərəkət edəcəyi, hətta Qarabağ üzərindən Ermənistanın əliylə Azərbaycana təzyiqlərə başlayacağı düşünülsə də, bu, aldadıcı təəssüratdır və görünən odur ki, Rusiya İranın nüvə silahı əldə etməsini, eləcə də Qərbin onu çəkdiyi yeni xaos ssenarilərinə rəvac verəcək durumun yaranmasını –
inkişafda olan Türkiyə ilə münasibətlərin gərginləşdirilib düşmənçiliyə çevrilməsini qətiyyən arzulamır, əksinə, Türkiyə ilə əlaqələri yeni mərhələyə keçirməkdə, hətta baş tutarsa, hansısa iqtisadi ittifaqda davam etdirməkdə maraqlıdır.
Azərbaycan prezidentinin təklif etdiyi və Türkiyə prezidentinin də dəstəklədiyi “Altılıq” formatının yaradılması Rusiyanın da arzuladığı bu ittifaqın təməllərinin atılması olmaqla yanaşı
, Qara dəniz – Xəzər dənizi – Fars körfəzi regionunu
“təhlükəsiz dəhliz”ə çevirməklə onun həm bütövlükdə Qərb dünyası, həm də Çin üçün əhəmiyyətini daha da artırmış olur.
Çox güman ki, Ərdoğan-Putin görüşü 44 günlük Qarabağ savaşının nəticəsi olaraq ortaya çıxmış “Altılıq” formatının da taleyinə birdəfəlik aydınlıq gətirəcək. Ona görə də bu görüşə təkcə Azərbaycan-Ermənistan münasibətlərinin aqibətini yox, həm də ABŞ-la nüvə danışıqlarını bərpa etməyə və üzərindəki ağır sanksiyaları götürməyə çalışan İranla davranışların gələcəyini müəyyənləşdirəcək tarixi bir görüş kimi baxmaq gərəkdir.
Xatırladaq ki, İranın yeni prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı
“Nüvə silahının Tehranın müdafiə doktrinasında yeri yoxdur”
bəyanatını verərək, ölkəsinin nüvə danışıqlarının bərpasına hazır olduğunun mesajını verib, regionda yeni bir dönəmin başladığını vurğulayıb.
Regionda başlayan bu yeni dönəmin təməlləri Azərbaycan üzərindən 44 günlük Qarabağ savaşıyla atılsa da, onun gələcək inkişafı məhz yeni dövrün iki əsas memarının sentyabrın 29-dakı üzbəüz görüşündən asılı olacaq: bu görüş ya böyük savaşa, ya da böyük barışa yol açacaq!
Oxşar Xəbərlər
Ərdoğan Rusiyaya səfər edəcək
Ərdoğan Putinlə telefon danışığının detallarını açıqladı
Ərdoğan vəliəhdlə bağlı qapı arxasında görüşdü
Ərdoğan-Putin görüşündən sonra BİR İLK: PKK/YPG yenidən hücum etsə, Bəşər Əsəd...
Xəbər lenti
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
Tramp “yeni müharibə” vədini rədd etdi, müsahibəni yarımçıq dayandırdı
İran və İsrail arasında gərginlik yenidən alovlandı
-Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Prezident FƏRMAN İMZALADI
Pirşağıda qanlı dava -
1 gənc həyatını itirdi
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...
Yola maşınla çıxanlara VACİB XƏBƏR -
7 əsas küçədə…