Prezident İlham Əliyev yenə beynəlxalq arenada Azərbaycanın maraqlarını ən yüksək səviyyədə qorudu


 

Ali Baş Komandanın təmkinli, hərtərəfli, uzaqgörən, müdrik siyasəti yenə öz bəhrəsini verdi və əsas hadisələrdən biri, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu Brüssel səfəridir. Sammit çərçivəsində Prezident İlham Əliyev bir sıra mühüm görüşlər keçirdi. Damğasını vuran görüşlərdən biri səfər zamanı dövlətimizin başçısı “İl Sole 24 Ore” qəzetinə müsahibəsidir. İlham Əliyevin açıqlamaları bir sıra mühüm mesajlarla yadda qaldı.

İlk öncə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində  və İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə Avropa İttifaqının rolunun və səylərinin böyük əhəmiyyətindən danışdı.

 İlham Əliyev rəsmi İrəvanın hərbi cinayətlərinin müharibədən sonrakı dövrdə də davam edirdiyini və müharibə bitdikdən sonra 200 nəfərə yaxın insanın minalar səbəbindən həlak olduğunu və ağır yaralandığını bildirdi. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsinə toxundu. Dəmir yolu layihəsinin praktiki reallaşdırılmasına start verilməsindən söz acdı və çox vacib Bəyanatın bu hissəsinin icrasının olduqca ləng olduğunu bildirdi, cünkü Azərbaycan artıq işlərə başlayıb və azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu cəkiləcəkdir.

Prezident İlham Əliyevin "İl Sole 24 Ore" qəzetinə müsahibəsi həm də Azərbaycanın əldə olunan nailiyyətlərinin təqdimatı əhəmiyyətini daşıdı. Neft və qaz sahəsindən asılılığın azaldılması. Uzun illər bundan öncə neft və qazın ÜDM-də payı çoxluq təşkil edirdi, indi isə yarıdan da azdır və  Azərbaycanda neft və qazın ÜDM-də həcminin əhəmiyyətli dərəcədə azaldılmasına nail olunub və Azərbaycan iqtisadiyyatının strukturu daha çox balanslaşdırılmış oldu. Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilməsi, nəqliyyat sektorunun enerji sektorundan sonra ölkəmizin aparıcı sektorlardan biri olması.  Bu, əlamətdar nəticələrdir.

Müxbirin “Avropa İttifaqı bu yaxınlarda Ermənistana 2 milyard dollar həcmində dəstək paketini elan etdi. Ukraynaya da 2 milyard dollara yaxın yardım ayrılacaq. Səhv etmirəmsə, Azərbaycana isə sadəcə, 140 milyon avro ayrılacaq. Yəni, burada çox böyük fərq var. Sizcə, nə üçün belədir? Belə bir qərar haradan qaynaqlanır?” sualına cavabında Prezident İlham Əliyev növbəti dəfə birmənalı və qətiyyətli mövqeyini ortaya qoydu. Beynəlxalq ictimai rəyin çaşdırılmasına hesablanmış mövzuları neytrallaşdırmış oldu.

İlham Əliyevin insan hüquqları ilə bağlı sualına belə açıqlıq gətirmişdir:  -“Azərbaycanda media ilə bağlı məhdudiyyətlər yoxdur. Azərbaycanda azad internet var və senzura mövcud deyil. Azərbaycan əhalisinin 80 faizindən çoxu internet istifadəçisidir, medianı məhdudlaşdırıb azad internetə malik olmaq mümkünsüzdür. Bütün insan hüquqları qorunur və bu gün Azərbaycan uzun illər əvvəl üzləşdiyi tənqidə məruz qalmır”

Prezident İtaliyanın Azərbaycanın ən yaxın tərəfdaşlarından biri olmasından, dost ölkə olaraq azad edilmiş ərazilərdə fəaliyyət göstərməsindən, İtalyan memarlarının Şuşadakı tarixi abidələrin və məscidlərin bərpa işlərində iştirakından və İtalyan şirkətinin Bakıda Zəfər Muzeyinin tikintisinə cəlb olunduğundan söz açmışdır. 

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev yenə beynəlxalq arenada Azərbaycanın maraqlarını ən yüksək səviyyədə qorudu və təmin etdi. Bir daha özünün, Azərbaycanın qətiyyətini nümayiş etdirdi, əsl Lider keyfiyyətlərini və bacarığını ortaya qoydu.

 Elnarə Cəbrayılova 

 Suraxanı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı



Oxşar Xəbərlər

Xəbər lenti