27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Gündəlik mətbuata nəzər salan, gündəmi izləyən bütün soydaşlarımız Azərbaycanın həm daxili, həm də xarici siyasətini izləyən, yaxından bələd olan hər kəs, istər azərbaycanlılar, istərsə də xarici dövlətin nümayəndələri əminliklə bu fikirdədirlər ki, Azərbaycan dinamik inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil, güclü və zənginbir dövlətdir. Xüsusilə də, müharibə və qələbə dövrlərində dünyanın bütün diqqəti üzərimizdə olan zaman Azərbaycan öz haqlı sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, böyük iqtisadi potensiala malik bir dövlət olduğunu sübut etdi və yeni dünya dövründə özünə daha güclu, qətiyyətli və arxayın sima yaratdı. Bu prosesin təməli uzun illər öncədən qoyulmuşdur. Dünya siyasətində xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik inkişaf yoluna çıxarmış Umummilli Lider Heydər Əliyev sayəsində fundamental işlər görülmüşdür. Bugünkü siyasətimizin banisi Heydər Əliyev sayəsində Azərbaycan öz tarixində yeni səhifə açmağa nail olmuşdur. Təbii ki, bu ciddi və genişmiqyaslı proseslər yalnız layiqli davamçı, siyasi irsi prioritet tutan bir liderlə öz zirvəsinə yüksələ bilərdi və biz xöşbəxt xalqıq ki, bizim bu gün dövlətin strateji xəttini xalqa sadə şəkildə bəyan edən və dövlətçiliyi ümumxalq işinə çevirməyi, xalqı öz arxasınca aparmağı bacaran məhz əməli sevgisini dəfələrlə xalqına sübut etmiş İlham Əliyev kimi yüksək potensiallı Liderimiz var. Özəlliklə müharibə dövründə bütün dünyanın şahidliyi ilə Prezidentimizin siyasətini, gücünü gördük, millətimizin birliyini və cəsarətini yaşadıq və bir daha inandıq, ətrafında möhkəmləndik.Artıq Azərbaycan yeni dövr yaşayır, ümidli gələcəyə bütün sürəti ilə yönəlib. Viran qalmış Qarabağın yenidən möhtəşəmliyinə qovuşması üçün hər bir iş görülür. Birbaşa Prezidentimiz İlham Əliyevin nəzarətində olan quruculuq və bərpaetmə işləri Qarabağ torpaqlarını yeni və müasir simaya bürüyür, texnologiyanın və inkişafın, tərəqqinin və milliliyin ahəngini yaşadır.İşğaldan sonrakı dövr azərbaycanlıların, yurdundan köçməyə məcbur edilmiş həmvətənlilərimizin “Böyük qayıdış”a hazırlıq dövrüdür. Bu hazırlıqlardan bir də Qarabağın dəyərlisi Zəngilan rayonunda gedir. Mayın 27-si Zəngilan rayonunda səfərdə olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışını gerçəkləşdirmiş və burada gedən işlərlə yaxından tanış olmuşlar. Bir il bundan qabaq başlanılmış işlər sayəsində artıq 200 evdən ibarət kənd salınmışdır. “Ağıllı kənd” layihəsinin bariz nümunəsi olan Ağalı kəndi artıq yaşayışçılarını qarşılamağa hazırdır. Əhalinin məşğulluğu, sosial xidmətlərdən istifadəsi üçün hər şərait yaradılmış, kiçik və orta biznesə dəstək xidmətləri də nəzərdə tutulmuşdur.Böyük aqroparkın salınması, Zəngilan hava limanının tikilməsi, dəmir yolları, avtomobil yollarının salınması işğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələrin sadəcə bir hissəsidir və bu o deməkdir ki, biz torpaqları geri almaqla sadəcə ədaləti və milli ləyaqətimizi bərpa etmək gücünə malik deyilik, həmçinin güclü iqtisadiyyatı olan dövlət kimi çətinlik çəkmədən böyük bir ərazini yenidən qurub yaratmaq gücünə sahibik.
Biz Azərbaycanımızla və Prezidentimizlə fəxr edirik, işıqlı və Qarabağlı gələcəyimiz üçün cənab Preizdent İlham Əliyevə təşəkkürümüzü bildiririk.
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Məlikbəyli Firəngiz