Dünya siyasəti dünya neftini boğur:Səudiyyə-Rusiya işbirliyi neft bazarını dirçəldəcəkmi? – Təhlil

Dünya siyasəti dünya neftini boğur:Səudiyyə-Rusiya işbirliyi neft bazarını dirçəldəcəkmi? – Təhlil

 

Səudiyyə kralı Salman ibn-Əbdüləziz və Rusiya prezidenti Vladimir Putin

 

Rənda Təkiyəddin

Al Hayat (Böyük Britaniya), 19.10.2017

 

Yaxın Şərqdə inkişaf edən bir çox hadisələr neft bazarlarındakı qiymət siyasətində qeyri-müəyyənliyə səbəb olub. İraq baş naziri Heydər əl-Abadi müstəqillik haqda kürd referendumundan sonra kürd neftinin Kərkük-Ceyhan neft kəməri ilə Türkiyəyə tədarükünü dayandırmağa çağırıb. Türkiyə buna razılaşsa, bu onun gündə yarımmilyon barreldən çox neft itirməyinə gətirib çıxaracaq. Kürdüstan bölgəsindən hər gün bu neft kəməri ilə, təxminən, 600 min barrel ixrac olunur və bu həcmin böyük qismini İsrail alır. Lakin Türkiyə neft kəmərini bağlamaq hədəsi gəldiyinə baxmayaraq indiyədək bunu etməyib. Türkiyə energetika naziri prezident Ərdoğanın kürəkənidir və neft kəmərinin işlək qalmasında maraqlıdır. Kürdüstana yatırım axıdan və orada işləyən minlərlə türk şirkəti var. Hədənin mövcudluğuna baxmayaraq bu cür tələbi yerinə yetirmək asan deyil.

Prezident Putin də kürd neftinin boykotu prosesində Türkiyə və İranın barışığında mühüm rol oynayıb. Kürdüstan yük maşınlarında Türkiyə və İrana tonlarla neft ixrac edir, həmçinin İrandan neft emalı məhsulları idxal edir. Şübhəsiz, Türkiyə və Kürdüstan arasında neft ticarəti azalsa, bu, neft bazarına təsir edə bilər. Kürd nefti əvvəlki kimi Türkiyə neft kəməri ilə axmağındadır, onun satışından gəlirlər isə İraq və Kürdüstan hökumətinə heç nə ödəməyən Türkiyə banklarına yatır.

Neft bazarında ən təsirli hadisəyə gəlincə, bu, Səudiyyə kralı Salman ibn-Əbdüləzizin Rusiyaya səfəri və prezident Putinlə danışıqlarıdır. Rusiya və Səudiyyə Ərəbistanı arasında neft sektorunda başlanan və OPEK ölkələrində və ondan kənarda neft hasialtını azaltmağa yönəlik  əməkdaşlıq neft qiymətlərinin çöküşünə mane olub. Bu həm də həmin görüşə səbəb olub ki, kral Salmanın və Səudiyyə Ərəbistanı energetika naziri Xalid əl-Falehin sözlərinə görə, neft sahəsində tərəfdaşlığın davamına işarə edir. Növbəti ilin martınadək neft istehsalının azalamasını davam etdirmək lazımdır. Bu səfər sayəsində bu yöndə birgə fəaliyyət üçün təməllər qoyulub. Nef nəhəngi iki dövlət – Səudiyyə Ərəbistanı və Rusiya neft qitmətlərinin düşməsi ilə mübarizədə tərəfdaş olub və Amerikada neft hasilatının artdığı bir şəraitdə qimətin öz iqtisadiyyatları üçün dağıdıcı səviyyəyə çatmasına imkan verməyiblər. ABŞ neft ixracatına yasağı götürən kimi ixracat gündə 1,98 milyon barrellə rekordə səviyyəyə çatıb.

Neft bazarına təsir edə biləcək daha bir hadisə İrana nisbətdə ABŞ sanksiyalarının dönüş ehtimalıdır. Bu, İranda fəaliyyətini təzələyən və əvvəllər Amerika embarqosunu pozduğuna görə səkkiz milyard avro ödəmiş Paribasbankının başına gəldiyi kimi cərimə ödəməkdən ehtiyat edən beynəlxalq və xüsusən də Avropa şirkətlərini qorxudur. Məsələ İrana qarşı ABŞ sanksiyalarının təzələnib-təzələnməyəcəyindədir. Bu, baş versə, gündə 2,2 milyon barrel təşkil edən İran neft ixracatının 25%-i qəbul edən Avropa buna tabe olacaqmı?

Tramp administrasiyası İranın 2015-ci ildə beynəlxalq birliklə imzaladığı nüvə sazişinin icrasına yetərincə sadiq olub-olmadığını gələn həftə müəyyən etməli olacaq. Amerika sanksiyaları qayıtsa, bu, bir neçə min barrel neft itkisinə dönüşəcək.

Bütün bu dəyişikliklər Səudiyyə-Rusiya əməkdaşlığı amili çıxdaş olmaqla neft qiymətinə nisbətdə qeyri-müəyyənliklərə səbəb olur. Şübhəsiz, bu işbirliyi iki ölkənin Asiya neft bazarlarında, xüsusən Çində rəqabətinə baxmayaraq qiymətlərin istənilən şəraitdə çökməsinə imkan verməyəcək. Avropa şirkətləri buna ümid bağlayır ki, ABŞ sanksiyaları geri dönməyəcək, amma Trampın son nəticədə nə qərara gələcəyini heç kim bilmir.

Avropanın Brent markalı neftinin qiyməti hazırda siyasi hadisə və dəyişikliklər, həmçinin qasırğadan mülayim havaya qədər iqlim şəraitindən asılı olmaqla 55-57 dollar arasında tərəddüd edir. Ehtimal ki, neft qiyməti indiki səviyyədə qalacaq, çünki bu cür parametrlər var ikən gələcəkdən xəbər vermək mümkün deyil.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti