Cənubi Qafqazda təhlükəsizlik necə qurulmalıdır?

Avrasiyanın münaqişəli bölgələrindən biri olan Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması 59-cu Münxen Təhlükəsizlik Konfransında, “Dağları aşmaq, Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasında müzakirə olunub.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak və çıxış edib. Dövlət başçısının qeyd etdiyi kimi bu bir tarixi görüş idi. Sovet İttifaqının dağılmasından sonra Cənubi Qafqazın üç ölkəsinin, Azərbaycanın, Ermənistanın və Gürcüstanın liderləri ilk dəfə idi ki, eyni platformada görüşürdülər. Bu görüşü tarixi hadisəyə çevirən digər məqam isə Cənubi Qafqaz ölkələrinin liderləri Rusiyanın vasitəçiliyi, iştirakı və moderatorluğu olmadan keçirilirdi. Bu məqam isə Prezident İlham Əliyevin qeyd etdiyi kimi Rusiya-Ukrayna müharibəsinin ümumi geosiyasi vəziyyəti tamamilə dəyişməsinin nəticəsidir. Yeri gəlmişkən bu dəyişiklik ənənəvi tərəfdaşlarla ticari əməkdaşlıq sahəsində müəyyən çətinliklər də yaradıb.

Cənab Prezident İlham Əliyev çıxışı zamanı qeyd edib ki, Azərbaycan uzun illər ərzində müasir daşımalar və logistika infrastrukturunun yaradılmasına yatırımlar edib. Bu isə Mərkəzi Asiyadan daşınan yüklərin Azərbaycan vasitəsilə Avropaya yönəldilməsi əlavə imkanlar yaradır. Ukrayna ərazisində gedən müharibəyə toxunan dövlət başçısı bildirib ki, Azərbaycan xalqı müharibənin nə olduğunu bilir. “Onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilirik. Buna görə Avrasiyada sülhün bərqərar olmasını istəyirik”. 
Avrasiyada sülh tərəfdarı olduğu üçün hazırda Ermənistan ilə Azərbaycan arasında sülh sazişininüzərində işlər aparılır. Cənab Prezident İlham Əliyev bildirib ki, biz hamımız regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olmasını başa düşürük. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarıdır. “İkincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələrinin yaradılmasıdır. “Dağlıq Qarabağ sözü artıq qüvvədən düşüb. Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməlidir. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ iqtisadi rayonu var”.

Dövlət başçısı bildirib ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Azərbaycan erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə müzakirə etməyə hazırdır, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş şəxslə yox. Cənab Prezident İlham Əliyevin bu mövqeyi Azərbaycan erməni icmasından öz məqsədləri üçün istifadə etməyə çalışanların prosesə müdaxiləsini aradan qaldırır. 
“Laçın dəhlizi” ətrafında ermənilərin apardığı təbliğatın təsiri ilə ortaya çıxan sualı cavablandıran Prezident İlham Əliyev bildirib ki, dekabrın 12-dən, yəni bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. “Qarabağdan 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, onları heç kim dayandırmayacaq”. Dövlət başçısı bu dəlillərlə ermənilərin blokada haqqında təbliğatının qarşısının alınmasında önəmli rol oynayıb. Əlavə olaraq Prezident İlham Əliyev bildirib ki, təxminən 30 il ərzində torpaqlarımız Ermənistanın işğalı altında olub. Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. “Biz hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdik. Biz Minsk qrupunun nəticə əldə etməsini gözləyirdik, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdik. Lakin heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur. Ərazi bütövlüyünü və ədaləti bərpa etmək, habelə BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşməli, 3 min həyatı qurban verməli olduq. Ona görə də 30 illik işğalı, Livan böyüklüyündə ərazinin tamamilə xarabalıqlar içində olduğunu unutmamalıyıq. Torpağımızın işğalı, bir milyon azərbaycanlını evindən didərgin salması, 67 məsciddən 65-nin dağıtması və onları təhqir etməsi – bütün bunlar qonşularımız tərəfindən edilib.

Daha sonra dövlət başçısı Azərbaycanın Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazır olduğunu, Qarabağdakı erməniləri Azərbaycan vətəndaşları olduqlarını bildirib. Azərbaycanın çoxmillətli ölkə olduğunu bəyan edən prezident İlham Əliyev bildirib ki, Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar.
Rəvan Nüsrətli
Suraxanı RİHB-nin Qaraçuxur QİƏD üzrə nümayəndəsi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}