Adil Əliyev-55


Bu gün Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Abış oğlu Əliyevin doğum günüdür. Adil Əliyev Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə işlədiyi 1994-2003-cü illərdə ictimai təhlükəsizliyin təmin olunması, cinayətkarlıqla mübarizənin önündə yer aldığı kimi, 2005-2020-ci illərdə III, IV, V və VI çağırış Milli Məclisin deputatı olduğu dövrdə də ictimai-siyasi proseslərdə fəal iştirak edib. Daxili işlər orqanlarında işlədiyi dövrdə olduğu kimi Milli Məclisinin üzvü olduğu dövrdə də Prezident İlham Əliyevin gənclər və idman siyasətinin həyata keçirilməsində fəal iştirakı ilə fərqlənib. VI çağırış Milli Məclisin sədr müavini vəzifəsinə kimi yüksəlib. 

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti kimi Şərq döyüş idmanın inkişafına xüsusi dəstək verib. Azərbaycanda kikboksinqin geniş yayılması da bunun nəticəsidir. Bu il iyul ayının 8-də isə Adil Əliyev Prezident İlham Əliyevin Sərəncamı ilə Suraxanı Rayon İcra hakimiyyətinin başçısı təyin edilib. 

Daxili işlər orqanlarında və Milli Məclisinin üzvü kimi uğurlu fəaliyyəti Adil Əliyevin Suraxanı Rayon İcra hakimiyyətinin başçısı vəzifəsində də uğur qazanacağının təminatıdır. Bu gün 55 yaşı tamam olan Adil Əliyevi təbrik edir, yeni-yeni uğurlar arzu edirik.

Arzuman Loğmanoğlu

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti