Çörəyin qiyməti yenidən bahalaşacaq?- AÇIQLAMA VİDEO

Alternativ bazar əlavə xərc deməkdir. Bu məsələdə logistik xərcləri xüsusi qeyd etmək olar. Bütün bunların çörək və unun qiymətinin bahalaşmasına səbəb olma ehtimalı hər kəsi düşündürür.
Sozcu.info xəbər verir ki, İTV-də yayımlanan "Diqqət mərkəzi" verilişində qonaq olan Ağrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bu sualı cavablandırıb.
Onun sözlərinə görə, bahalaşma prosesi bütün dünyada başlayıb: "Azərbaycanda bu günə qədər bahalaşmanın bir mərhələsini geridə qoymuşuq. 350 dollar civarında buğda istehlakından olan qiymət səviyyəsinə görə qiymətlərdə artım getdi. Bu, təbii bir prosesdir.
Bu gün Qazaxıstan bəzi zavodlara sosial çörək kompensasiyası verir. Rusiya da dünyanın bir nömrəli ixracatçısı olmasına baxmayaraq, bu ölkədə də çörəyin qiymətində artım templəri olub. Ona görə bu məsələ dünya bazarına bağlı olan məsələdir.
Azərbaycan dövləti ölkə və vətəndaşın ərzaq ehtiyacını təmin etmək üçün əlavə xərclər çəkib və bundan sonra da bunu həyata keçirəcək".




Oxşar Xəbərlər

Xəbər lenti