Buzovna sakinlərindən Prezidentə şikayət: "Özlərinə villa tikirlər" - VİDEO

Bir qrup Buzovna sakini Prezident İlham Əliyevə müraciət ediblər.
Onlar dəniz sahillərinin qanunsuz olaraq çəpərlənməsindən şikayətçidirlər.
Bildirirlər ki, həmin əraziyə kanalizasiya suları axıdılır.
“Bu gün Buzovna sakinləri iməclik edib, yeganə zəbt olunmamış 50 metrlik ərazini təmizləmişik. Lakin topladığımız zibilləri maşın gəlib ərazidən götürə bilmir. Çünki dəniz sahilləri hər tərəfdən, sağdan-soldan zəbt edilib. Qanunsuz çəpərlənmələr var. Dəniz çəkildikcə çəpərlər də dənizin içərisinə doğru uzanır. Qanunla dəniz sahilləri dövlətin mülkiyyətidir. 20-50 metr məsafədə gediş-gəliş məhdudlaşdırılmamalıdır. Xüsusən də bizim qayalıqlar, minilliklərlə formalaşan qayalıqlarımız məhv edilir. Üzərinə torpaq, daş-kəsək töküb özlərinə villa tikirlər”.
Daha ətraflı videoda:
 

 


Oxşar Xəbərlər

Xəbər lenti