8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ukraynanın Odessa vilayətində kriminal qruplaşmanın üzvləri saxlanılıb.
Sozcu.info xəbər verir ki, bu barədə Odessa vilayətinin Milli Polisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxslər azərbaycanlı mərhum “qanuni oğru”, “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun qardaşı Namiq Səlifovun (“Namiq Bakinsiy”) göstərişi ilə hərəkət ediblər.
Rəsmi məlumatda bildirilir ki, cinayətkar qruplaşma süni münaqişə vəziyyətləri yaradıblar, onların həlli üçün zərərçəkmişlərdən külli miqdarda pul tələb ediblər. Onlar ödəniş etmədikləri halda insanları zorakılıq, işgəncə və fiziki zorakılıqla hədələyiblər.
Ukrayna Təhlükəsizlik Şurasının Odessa vilayətindəki ofisi həmin şəxslərin saxlanılma anının görüntülərini də yayıb.