17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
Göyçay rayon, Qaraxıdır kənd sakini İsrafilov Əlövsət Əjdər oğlu və bir qrup kənd sakini tərəfindən Hurriyyet.az-ın redaksiyasına şikayət məktubu daxil olub.
Şikayətçilər bildirirlər ki, Qaraxıdı Bələdiyyəsinin sədri İbrahimov Qurban İbrahim oğlu kəndin örüş sahəsini, yəni 60 hektar torpaq sahəsini qeyri-qanuni şəkildə zəbt edərək, satışa çıxarıb.
Sakinlər deyir ki, bununla bağlı Prezident Administrasiyasın edilən müraciətdən sonra, Bələdiyyə sədrinə ərazinin örüş sahəsi üçün açılması göstərişi verilsə də, Q.İbrahimov PA-nın göstərişinə əməl etmir.
“Kənd camaatı olaraq təngə gəlmişik”, - deyən şikayətçilər “Hürriyyə” vasitəsilə yetkili qurumlara bir daha müraciət edərək, onları problemlərinin həllinə dəstə verməyə çağırırlar.
Daha ətraflı aşağıdakı vedeoda izləyə bilərsiniz: