“Keçmiş bələdiyyə sədri icra başçısı və müavini ilə birləşərək, kəndimizi torpağını satdı” – AĞDAŞ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT / VİDEO


Ağdaş rayonu, Dəhnəxəlil kənd sakini Məhərrəmov Elşən Feruz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, bələdiyyənin ehtiyat fondunda olan torpaq sahələri qanunsuz olaraq satılıb:

“Mən, Məhərrəmov Elşən Feruz oğlu, yazaraq sizdən xahiş edirəm ki, mənim problemimi işıqlandırasınız.

Bildirmək istəyirəm ki, keçmiş bələdiyyə sədri Əhmədova Pərvanə Yusif qızı Ağdaş rayon icra başçısı Tofiq İbrahimov və başçının keçmiş müavini Əsgərxan Əsgərovla birləşərək, bələdiyyənin ehtiyat fondunun 10-15 hektara yaxın torpaq sahəsini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunsuz olaraq satıblar.

Bu məsələ ilə bağlı kəndimizin yeni bələdiyyəsi Ayaz Abdullayevə müraciət edib, bütün bildiklərimi danışdım. Ondan xahiş etdim və bildirdim ki, ailə sahibiyəm, 2 oğlum, 1 qızım var, mənim də uşaqlarıma torpaq sahəsi verilsin. Qanunsuzluqla alınan torpaqlar geri qaytarılsa, həmin torpaqlar həqiqətən də ehtiyacı olan biz kəndlilərə paylanılardı”.

Şikayətçinin redaksiyamıza göndərdiyi video-müraciəti olduğu kimi oxuculara təqdim edirik:



Oxşar Xəbərlər

Xəbər lenti