8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Mayın 13-ü saat 18 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1999-cu il təvəllüdlü Ləman Qurbanova qətlə yetirilib.
Sozcu.info xəbər verir ki, aparılmış araşdırmalarla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə şübhəli şəxs qismində saxlanılan Taleh Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.
Qeyd edək ki, Ləman Qurbanova şəhid Saleh Qurbanovun həyat yoldaşı olub.
"AStar" kanalı Ləman Qurbanovanın qətlə yetirildiyi Xızı rayonundan xüsusi reportaj hazırlayıb. L.Qurbanovanın valideynləri və Taleh Qurbanovun atası hadisə barədə fikirlərini bildiriblər.
Mərhumun anası Yeganə Məlikova bildirib ki, qızı şəhid ərindən qalan pensiya kartına görə qətlə yetirilib: "Qorxu içində idik ki, qızımın üzərinə bıçaq çəkmişdi. Taleh Qurbanov hadisədən əvvəl hədələmişdi ki, onu öldürəcək. Səbəb pul idi. Ləmanın şəhid yoldaşı kapitan olduğu üçün 2 min manatdan çox pensiya alırdı. Qızım evdən çıxanda kartlarını və qızıllarını götürüb çıxmışdı. Bu aprelin 15-i baş vermişdi. Baldızı hər dəfə onunla danışanda deyirdi ki, qardaşının haqqı olan kartı onda qoymayacaqlar. Kartları əlindən alacaqlarını demişdi".