Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Gədəbəy rayonunun Söyüdlü kəndinin giriş istiqamətində naryad qrupları xidmət aparır. Kənddə hər hansı gərginlik yoxdur. Yerli sakinlər kəndə rahat şəkildə girib-çıxa bilir, heç bir məhdudiyyət tətbiq olunmur.
Sozcu.info xəbər verir ki, bunu ARB-yə açıqlamasında DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
DİN rəsmisi əlavə edib ki, əsas məqsəd kənddə ictimai təhlükəsizlik, bütövlükdə asayiş qorunsun və gözlənilsin: "Polis tərəfindən hər hansı əlavə qüvvə, xüsusi vasitələr, texnikalar əraziyə cəlb edilməyib. Kənddə normal qaydada həyatlarına davam edirlər".