Bu gün, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
Bakının Xətai rayonu, 8 Noyabr prospektində yerləşən yaşayış evində partlayış olub.Sozci.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.Məlumata görə, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 50 m² olan birmərtəbəli ikiotaqlı fərdi yaşayış evində ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib.“Hadisə nəticəsində evə ziyan dəyib, 1 nəfər xəsarət alıb. FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb”, - məlumatda qeyd olunub.