Hacı İbrahim Nehrəmlini Kəmaləddin Heydərov müdafiə edir?

SOCAR-ın qaz quyularının olduğunu, FHN isə olmadığını iddia edir

Ötən il Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə "Avesta Konserni” MMC-nin prezidenti İbrahim İbrahimova (Hacı İbrahim Nehrəmlinin rəsmi adı və soyadı-müəl.) göndərdiyi məktubda gündəmə bomba kimi düşdü. Məlum oldu ki, kredit oliqarxının layihəsi olan "Xəzər Adaları” şəhər-kompleksinin inşa edildiyi ərazidə ləğv olunmuş yeraltı qaz anbarlarına məxsus on quyu mövcuddur ki, onların yenidən ləğv edilməsi zərurəti var. Məktubda nüfuzlu akademik yazırdı ki, bu quyular bir zamanlar ləğv olunsa da, onlarda ləğvetmə-təcrid işləri lazımi səviyyədə aparılmayıb. İndi SOCAR- həmin quyularda müasir tələblərə cavab verən ləğvetmə-təcrid işləri aparmağı planlaşdırır. Əks halda bu quyulara gələcəkdə qaz sıza və çox böyük faciələrə səbəb ola bilər. Məktubda qeyd edilirdi ki, prezident İlham Əliyevin 635 saylı sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı üzrə dövlət Proqramı”na uyğun olaraq yeraltı qaz anbarlarının tutumunun 5 milyard kubmetrə çatdırılması bir vəzifə kimi SOCAR-ın qarşısına qoyulub. Bu vəzifənin icrasını təmin etmək üçün SOCAR yeni quyular qazır, yeraltı anbarların həcmlərini genişləndirir. Bu isə laylarda təzyiqin artmasına və beləliklə də bir zamaanlar ləğv olunmuş, lakin tam əsaslı ləğvetmə-təcrid işlərinin aparılmağı quyulara qaz sızmasına səbəb olacağı ilə bağlı mütəxəsislərdə böyük narahatlıq var. Mütəxəsislər həmin quyularda yenidən, müasir tələblərə cavab verən qaydada ləğvetmə-təcrid işlərinin aparılmasını vacib sayırlar. Əks halda gələcəkdə çox böyük faciələr yaşa bilər. Müasir tələblərə cavab verən ləğvetmə-təcrid işlərinin aparılması zəruri olan on quyunun üzərində isə Hacı İbrahim Nehrəmli "Xəzər Adaları” şəhərçiyini tikir.

 

SOCAR-ın birinci vitse-prezidenti, Akademik Xoşbəxt Yusifzadənin Hacı İbrahim Nehrəmliyə ünvanlanmış məktubunda qeyd olunur ki, "Avesta Konserni” tərəfindən üzəri torpaqlanaraq yaşıllıq salınmış və iaşə obyekti inşa edilmiş quyularda mövcud təlimata uyğun müasir tələblərə cavab verən ləğvetmə-təcrid işləri aparılacaq və bununla əlaqədar təmir işlərinin aparılması üçün şərait yaradılması tələb olunur. "Azneft” İstehsalat Birliyinin baş direktoruna ünvanlanmış mıktubunda isə SOCAR rəhbərliyi bu vəzifənin icrasını təmin etmək tələb olunur.

Lakin SOCAR-ın mütəxəsislərini narahat edən bu vəzifəni bu günə kimi icra etmək mümkün olmamışdır. Bu isə prezident İlham Əliyevin 635 saylı sərəncamının icrasını da təhlükə altına qoyur. Ən azından bu sərəncamda nəzərdə tutulan vəzifələrin icrası, yeraltı qaz anbarlarının genişləndirilməsi təhlükəli nəticələrə səbəb ola bilər. "Xəzər Adaları”nın inşasına rəy verməyən Ekologiya və Təbii Sərvətlər Nazirliyi həmin ərazidə baş verə biləcək fəlakətlərdən bir növ özünü sırğotalayıb. Ancaq Fövqəladə Hallar Nazirliyi bir fəlakət baş verəcəyi halda məsuliyyətdən yayına bilməyəcək. Fövqəladə Hallar Nazirliyinin məsuliyyətdən yayınmasına imkan verməyən sənəd isə əlimizdədir və gələcəkdə ittiham aktına tikilmək üçün sənədin fotosürətini də yazıya əlavə edirik. Bu sənədi FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi S.Qurbanov imzalayıb və həmin sənəd "Yeni Sözçü” qəzetinin baş redaktoru Arzuman Loğmanoğluya ünvanlanıb. 02.03.2016-cı il tarixli, 37\36-01155 saylı məktubda yazılır:"Sahəyə baxış keçirilərkən "Avesta Konserni” tərəfindən 8 ədəd 24-29 mərtəbəli yarımçıq yaşayış və 2 ədəd 5-6 mərtəbəli yarımçıq otel inşa olunduğu müəyyən edilmişdir. Hazırda sahədə tikinti işləri tam dayandırılmışdır. Araşdırma nəticəsində sahədə olan mövcud yarımçıq tikililərin altında quyuların olması müəyyən edilməmişdir”. Beləliklə SOCAR rəhbərliyinin rəsmi iddiasını FHN rəsmisi təkzib edir və ərazidə quyuların olmadığını çox qəti şəkildə bildirir. Ancaq fakt-faktlığında qalır və "Xəzər Adaları” şəhər-kompleksinin inşa edildiyi ərazidə çox böyük təhlükə mənbəyi olan on quyu mövcuddur. FHN-nin bütün bunları görmək istəməməsi isə Hacı İbrahim Nehrəmlinin "fövqəlnazir” Kəmaləddin Heydərov tərəfindən müdafiə olunması haqqında iddialrın əssasız olmadığı qənaətini yaradır. FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin yalanı da elə Hacı İbrahim Nehrəmli özü ifşa etdi. Belə ki, əməkdaşımızla söhbətdə Hacı İbrahim Nehrəmli FHN-nin "Xəzər Adaları”nın ərazsində heç bir araşdırma aparmadığını söyləyərək, Agentliyin rəisinin məktubunun həqiqəti əks etdirmədiyini ortaya qoydu.

(Ardı var)

"Yeni Sözçü" qəzetinin Araşdırma Qrupu

Hacı İbrahim Nehrəmlini Kəmaləddin Heydərov müdafiə edir?

 




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}