“BİZƏ GÜLLƏ ATIRLAR, BAŞIMIZA OYUN AÇIRLAR” -
“AZƏRŞİN” ASC RƏHBƏRLİYİNİN QANUNSUZLUĞUNDAN ŞİKAYƏT VAR
İlk dəfə: Prezidentin təyyarəsi Füzulidən birbaşa Berlinə uçdu
FOTO
Sabahın hava proqnozu açıqlandı
Vidadi İsayev rayonu zibillik yuvasına çevirib -
Videofakt
SON DƏQİQƏ!
Sahir Rüstəmov vəzifəsindən AZAD EDİLDİ
Türkiyə Ermənistanla sərhədin açılması üçün şərt qoydu
İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə etdi -
FOTOLAR
Ətin qiyməti 25 manat olacaq? -
AÇIQLAMA
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
Azərbaycanın ilk ombudsmanı vəfat etdi
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Müdafiə nazirinin keçmiş müavininin 1 milyard rubl rüşvət aldığı deyilir
Əvvəlki
Sonrakı
Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında
18-04-2024, 19:45
Paşinyan istefa verir
1-04-2024, 15:01
Nardaran və Maştağada əməliyyat
– Müsəlman Birliyi Hərəkatının üzvü saxlanıldı / FOTO
16-03-2024, 14:33
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Artıq üç uşağı olan şəxslər...
14-03-2024, 23:00
Neft bazarında çalxalanma: Bahalaşma Azərbaycan üçün nə vəd edir?
11-03-2024, 15:40
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“Azərbaycan İrana qarşı güc tətbiqi üçün münasib məkan kimi nəzərdən keçirilir”
– ABŞ-da yaşayan POLİTOLOQ
Avqustun 5-də Dağlıq Qarabağda Ümumerməni İdman Oyunlarının açılışında çıxış edən Ermənistanın baş naziri Nikol Pashinyan deyib ki, "Arsax" Ermənistandır, vəssalam". "Biz məsələnin sülh yolu ilə həllinə tərəfdarıq. Bizim üçün Ermənistanın və Arsaxın təhlükəsizliyinin möhkəmləndirilməsi mütləq prioritet olaraq qalır", - baş nazir deyib.Onun çıxışı Azərbaycanda mediada və sosial şəbəkələrdə geniş müzakirə olunur.Azərbaycan Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə bildirib ki, Rəsmi Bakı Ermənistanın baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Xankəndi şəhərində "Qarabağ Ermənistandır" sözlərini qəti şəkildə rədd edir. "Dağlıq Qarabağ Azərbaycandır! Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və ayrılmaz hissəsidir" deyə H.Hacıyevin şərhində qeyd edilir.Paşinyan bu bəyanatı ilə nə demək istəyir? Politoloq Ərəstun Oruclu bu barədə ASTNA-nın suallarını cavablandırıb.
-Ərəstun bəy, Dağlıq Qarabağda Ümumerməni İdman Oyunlarının açılışında çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, "Arsax" Ermənistanındır. Bu bəyanat Azərbaycanda xeyli səs-küyə səbəb olub. Sizcə, Paşinyanın bu bəyanatı nəyə hesablanıb?
-İlk növbədə, onu qeyd edim ki, Paşinyanın Dağlıq Qarabağdakı erməni icması ilə münasibətlərində kifayət qədər ciddi problemlər var və bu da həm Ermənistan siyasətindəki Qarabağ klanları ilə onun arasındakı mübarizənin, həm də Rusiyanın Dağlıq Qarabağdakı qondarma rejim vasitəsilə Ermənistanı ram etmək istəyinin təzahürləridir. Unutmayaq ki, Paşinyan hakimiyyəti təxminən son 20 ildə Ermənistana rəhbərlik etmiş Qarabağ klanının əlindən alıb və üstəlik də hakimiyyətə gələn kimi təqiblərlə, həbslərlə həmin klanların mövqelərini sarsıtmağa çalışıb. Mən təsadüfən klanlar demədim, çünki əslində söhbət 2 klandan - Köçəryan və Sarqsyan klanından gedir və onlar da öz aralarında xeyli məsələlərə yanaşmalarında heç də yekdil deyillər. Belə ki, Robert Köçəryan və onun klanı daha çox Rusiya prezidentinin administrasiyası ilə yaxın əlaqələrə malikdirsə, Serj Sarqsyan və onun tərəfdarları əsasən Rusiyanın hərbi dairələri ilə əlaqəlidirlər. Moskvadakı hakimiyyətin bu iki qanadı arasında mübarizə və ya ən azı rəqabət olması isə heç kəsdən sirr deyil. Ermənistan siyasətinin bu mənzərəsi fonunda Nikol Paşinyanın hakimiyyətə gələn kimi ölkəsini Qərblə yaxınlaşdırmaq və ya Avropaya inteqrasiya etmək niyyəti bir qədər sadəlövh görünürdü və bu da təbiidir. Paşinyan populist siyasətçidir, populizmin ən qorxulu təzahürü isə belə siyasət yürüdənlərin özünün onun qurbanı olmasıdır. Populizmin digər fəsadı isə imkanlarla və real şəraitlə ayaqlaşmayan vədlər verməkdir, çünki belə vədlərə görə əldə olunan etimad krediti çox qısa zamanda "devalvasiya"ya uğrayır. Bu mənada Nikol
Paşinyan öz populizminin girovuna çevrildi.
İslahatlar aparmaq əvəzinə ölkədəki dərin sosial-iqtisadi böhranı ya görməyərək, ya da düzgün dəyərləndirməyərək daxili və xarici siyasi məsələləri ön plana çəkməyə çalışdı. Bu da öz növbəsində həm daxildən, həm də xaricdən adekvat reaksiyalar doğurdu. Başqa sözlə, Paşinyanın qeyri-realist xarici siyasət cəhdləri həm Moskvanı, həm də ona istinad edən Paşinyan əleyhdarlarını səfərbər elədi. Bundan da düzgün nəticə çıxara bilməyən baş nazir keçdi daha təhlükəli populizmə - Qarabağ kartı ilə oynamağa. Amma ədalət naminə bunu da qeyd edim ki, Qarabağdakı qondarma rejimin dəstəyini qazana bilmək onun üçün həyati əhəmiyyət kəsb edir və bu baxımdan da Qarabağ populizmi 2 məqsədə xidmət edir: öz hakimiyyətini təhlükəsizləşdirmək və Qarabağ kartını əlində saxlamaqda davam edən Kremlə mesaj vermək ki, o da Köçəryanın və Sarqsyanın Qarabağ siyasətini davam etdirməyə hazırdır. Bunun nə qədər effektiv olacağını isə zaman göstərəcək, amma artıq indidən bir şeyi dəqiq deyə bilərəm ki, Moskva üçün Paşinyan nə Köçəryan ola biləcək, nə də Sarqsyan.
- Azərbaycan tərəfinin bu bəyanata münasibətini qənaətbəxş hesab etmək olarmı? Bu bəyanatın qarşılığında Azərbaycan tərəfi hansı addımları atmalı idi?
-Fikrimcə, indiki mürəkkəb geosiyasi durumda emosional və daxili auditoriyanın əhvalına hesablanmış populist yanaşmalar yalnız Paşinyanın təxribatçı hərəkətlərinə uymaq demək olardı. Bir şeyi demək həqiqətən çox çətindir: İran ətrafında beynəlxalq gərginliyin artdığı bir vaxtda Qarabağ cəbhəsində sabitliyin pozulması və hərbi əməliyyatların təzələnməsi kiməsə lazımdırmı? Təəssüf ki, bu suala biz yalnız ehtimallarla cavab verə bilərik ki, burada da yanılmaq ehtimalı olduqca yüksəkdir. Məsələn, məntiq deyir ki, İrana qarşı başlana biləcəyi istisna olunmayan hərbi əməliyyatlar ərəfəsində Rusiya Cənubi Qafqazda mövqelərini daha da möhkəmləndirməlidir. Belə olduğu halda da bunun üçün ən ideal zəmini bölgədə alovlanacaq hərbi qarşıdurmalar yarada bilərdi.
Azərbaycan isə hərbi xarakterli addımlar atmaqla özünü təkcə beynəlxalq təcridə deyil, həm də ümumiyyətlə, suverenliyini riskə ata bilər.
Bu baxımdan Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin balanslı və daha çox beynəlxalq hüquq normalarına diqqət çəkməyə yönəlmiş bəyanatı məncə, adekvat reaksiya idi.
-Bəzi ekspertlər deyirlər ki, Paşinyan bu addımı ilə hərbi münaqişəni alovlandırmağa çalışır. Onların fikrincə, Paşinyan Qərbin dəstəyini itirmək üzrədir. Qərb ondan Rusiyadan birdəfəlik qopmağı tələb edir. O isə hərbi münaqişəni alovlandırmaqla Rusiyadan üz çevirib, Qərbin dəstəyini yenidən qazanmağa çalışır. Bu versiyalar nə qədər ağlabatandır?
-Bu, bir qədər çoxşaxəli və mürəkkəb kombinasiya olardı və Ermənistan diplomatiyasının belə bir kombinasiyanı həyata keçirmək iqtidarında olduğunu düşünmürəm. Yuxarıda qeyd etdiyim kimi, hərbi münaqişənin alovlanması bölgəyə Rusiyanın təsirini yalnız artıra bilər və bu, fikrimcə aksiomdur. Qaldı Qərbin Ermənistan üzərində guya hansısa planlar qurmasına, məncə, bu, Ermənistanın əhəmiyyətini artırmaqdır. Qərbə ən azı bu gün Ermənistan yalnız bölgə ölkələrinə təzyiq vasitəsi kimi lazım ola bilər ki, buna görə də onu öz təsir dairəsinə götürmək - bu isə ona milyardlarla dollar həcmində yardımlar etmək deməkdir - və ya Rusiyadan qoparmaq vacib deyil və heç mümkün də deyil. Ermənistan bu rolu onsuz da böyük məmnuniyyətlə həyata keçirir. Ermənistanın son yüz ildə mövcudluğu və dövlət kimi qalması bu tip xidmətlər göstərmək üzərində qurulub. Təəssüf ki, Ermənistan siyasəti belə "strategiya"dan ayrıla bilməməklə təkcə qonşuları üçün başağrısı yaratmır, özünü də bunun girovluğunda saxlayır.
-Bəzi Rusiya KİV-ləri erməni politoloqlarına istinadən bildirirlər ki, Paşinyan bu addımı ilə 7 rayonu Qarabağa dəyişmək istəyir. Bəs bu, nə dərəcədə məntiqlidir?
-Ermənistanın Paşinyandan əvvəlki rəhbərlərinin demək olar ki, hamısı belə bir sövdələşməyə cəhd edib, amma bu, Azərbaycan üçün heç vaxt məqbul olmayıb və olmayacaq da, çünki bunun adı təslimçilik olardı. Mən Azərbaycanda kiminsə belə bir "sülh planı"na təkcə bu gün deyil, ümumiyyətlə, nə zamansa razılıq verə biləcəyini təsəvvür eləmirəm. İstər Dağlıq Qarabağ, istərsə də onun ətrafındakı işğal olunmuş ərazilər Azərbaycan dövlətinin ərazisidir və bu da heç bir zaman, heç bir halda müzakirə predmeti ola bilməz.
-Gah Gürcüstanla sərhəd məsələsi qabarır, gah da Ermənistan Qarabağ məsələsi ilə bağlı belə bəyanatlar səsləndirir. Yəni, ümumi olaraq regionda nə baş verir? Azərbaycandan nə istənilir?
-Sualınızın sonuncu bəndindən başlamalı olacağam, çünki əslində siz bu sualın strukturu ilə deyə bilmərəm, məqsədlimi, yoxsa qeyri-iradi olaraq, baş verənlərin hamısının Azərbaycanın başı üzərində dolaşdığını göstərdiniz və mən də bunun belə olduğuna əminəm. Regionda baş verənlərə təkcə regional prizmadan baxmaq yanlış olardı, çünki Azərbaycan bu gün ən azi 3 səbəbdən diqqətçəkən olub.
Əvvəla, yuxarıda qeyd etdiyim İran məsələsi və bu problem ilk baxışdan göründüyündən qat-qat mürəkkəbdir.
Azərbaycan İrana qarşı bu və ya digər güc aksiyaları üçün münasib məkan kimi nəzərdən keçirilir
. Elə buradaca deyim ki, belə bir missiyaya qoşulmaq təkcə Azərbaycan dövlətçiliyi üçün deyil, ümumiyyətlə, millət kimi azərbaycanlılar üçün fəlakətli nəticələr verə bilər. Bu gün bizim üçün milli ideya - harada yaşamasından, hansı siyasi və ya digər baxışlara malik olmasından asılı olmayaraq, azərbaycanlıların milli birliyi və həmrəyliyi prioritet olmalıdır, çünki gələcəyimiz yalnız bu ideya üzərində qurula bilər, çünki buna alternativ yoxdur. Bu mənada İranda yaşayan on milyonlarla azərbaycanlıya təhdid yarada biləcək hər hansı aksiyaya qoşulmaq istənilən şərtlər çərçivəsində yolverilməzdir.
İkinci, Azərbaycan öz coğrafi movqeyilə bügünkü geosiyasətin mərkəzi predmeti olan bir məsələdə - kommunikasiya və logistikada ciddi əhəmiyyət kəsb edir. Belə ki, həm Şimal - Cənub, həm də Şərq - Qərb nəqliyyat-kommunikasiya dəhlizləri məhz Azərbaycan ərazisində kəsişir ki, bu da ölkənin əhəmiyyətini bir qədər də artırır. Amma belə bir çoğrafi mövqe həm də həmin layihələrdə rəqib olan güclərin və supergüclərin də ölkəyə diqqətini, müdaxilə istəyini artırır ki, burada da həmin qlobal oyunçular öz ənənələrinə sadiq qalaraq məqsədlərinə nail olmaq üçün iqtsadi, siyasi, diplomatik və hərbi vasitələrdən istifadə etməyə çalışırlar. Həm Ermənistan, həm də Gürcüstan tərəfindən Azərbaycana qarşı olan fəallığın artmasının səbəbini mən bunda görürəm və onların hər ikisinin vahid mərkəzdən idarə olunduğuna da şübhəm yoxdur.
Üçüncü, Azərbaycana və azərbaycanlılara bir çox həm siyasi, həm də akademik dairələrdə marağın artması mədəniyyətlərin qovuşması təcrübəsinin öyrənilməsi baxımından əhəmiyyət kəsb edir bu gün və bu da təsadüfi deyil. Müxtəlif sivilizasiyaların və inkişaf modellərinin, etnosların və inancların qovuşduğu, bir-birindən qarşılıqlı şəkildə zənginləşdiyi və əmin-amanlıq şəraitində yaşaya, inkişaf edə bildiyi bir məkanın təcrübəsini mənimsəmək bütün bu parametrlər üzrə sürətlə qütbləşməkdə olan dünyanın gələcəyi üçün çox ciddi əhəmiyyət kəsb edəcək. Görünür, elə buna görə də Gürcüstanla dini zəmində gərginlik yaratmaq, Ermənistanla isə etnik-ərazi zəminində mövcud münaqişəni alovlandırmaq üçün zaman heç də təsadüfən seçilməyib. Yuxarıda qeyd elədiyim kimi, bu halda hər 3 ölkəyə həm aktiv müdaxilə imkanları artacaq, həm də onun nəticəsi olaraq Azərbaycanda və Gürcüstandakı kommunikasiya vasitələrini, ilk növbədə də dəniz limanlarını ələ keçirmək daha asan olacaq. Gördüyümüz kimi, perspektiv heç də ürəkaçan görünmür, amma fikrimcə, ümidsiz də deyil. Bölgəyə yönəlmiş qlobal maraqların müxtəlifliyi və oyunçuların çoxluğu fəaliyyət məkanını genişləndirir və manevr imkanlarını artırır. Odur ki, həm daxili, həm də xarici siyasətdə planlı, korrelyasiya olunmuş və çevik addımlar atılarsa, yaranmış vəziyyətdən qalıb kimi olmasa da, hər halda məğlub olmadan çıxmaq mümkündür, amma bunun üçün zəruri olan siyasi iradə hələ ki görünmür.
Oxşar Xəbərlər
Paşinyan Xankəndinə gəlir, geniş nitq söyləyəcək - HAMINI MEYDANA ÇAĞIRDI...
Ermənistanın dostu, Qarabağda Azərbaycana meydan oxuyan ən qatı düşmənimiz QƏFİL ÖLDÜ
Kaspşik Paşinyanla Dağlıq Qarabağ münaqişənin nizamlanmasını müzakirə etdi
Paşinyanın BÖYÜK SƏHVİ: Bakı hərəkətə keçir – Ermənilər TƏŞVİŞDƏ
Xəbər lenti
Damla görün kiminlə evlənib
“BİZƏ GÜLLƏ ATIRLAR, BAŞIMIZA OYUN AÇIRLAR” -
“AZƏRŞİN” ASC RƏHBƏRLİYİNİN QANUNSUZLUĞUNDAN ŞİKAYƏT VAR
Küçədə benzin töküb sevgilisini yandırdı
İlk dəfə: Prezidentin təyyarəsi Füzulidən birbaşa Berlinə uçdu
FOTO
Sabahın hava proqnozu açıqlandı
Vidadi İsayev rayonu zibillik yuvasına çevirib -
Videofakt
Paltarlarınızı ağappaq edəcək ÜSUL
SON DƏQİQƏ!
Sahir Rüstəmov vəzifəsindən AZAD EDİLDİ
Kişi xəyanətini etiraf edən arvadını boğub öldürdü
Türkiyə Ermənistanla sərhədin açılması üçün şərt qoydu
İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə etdi -
FOTOLAR
Ətin qiyməti 25 manat olacaq? -
AÇIQLAMA
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
Azərbaycanın ilk ombudsmanı vəfat etdi
Xocalıda insan qalıqları aşkar edilib -
FOTO
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Müdafiə nazirinin keçmiş müavininin 1 milyard rubl rüşvət aldığı deyilir
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır –
RƏQƏMLƏR
ŞAD XƏBƏR! Laçına yol açıldı...
İlham Əliyev quru sərhədinin açılması ilə bağlı danışıb
Prezident İlham Əliyevin uğurla keçən Moskva görüşü
Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik
Müstəqillik illərində Azərbaycan ilə Rusiya arasında əlaqələr daha da inkişaf edib
Rusiya və Azərbaycan münasibətlərinin inkişafı
Hərbi qəniməti ŞƏXSİ MALI kimi istifadə etdi və... -
İTTİHAM VAR...
"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... +
FOTO
TƏCİLİ!
Fransa təyyarəsi Bakı hava limanında qəza enişi etdi
Yeni qərar bazarı silkələdi:
Azərbaycanda ət bahalaşacaq
Bu dərmanlarla bağlı qadağa ləğv edilir
Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… -
İLGİNC FAKTLAR
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
Sabiq baş pediatr özünü güllələdi -
RƏSMİ AÇIQLAMA
Prezident İlham Əliyevin Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü
Rusiya ilə Azərbaycan arasında əlaqələr möhkəmləndirilir
Prezident 2 fərman imzaladı
Bu ərazilərə DOLU düşəcək, YAĞIŞ yağacaq -
Sabahın HAVASI
Ayın 25 və 26-sı ilə bağlı
CİDDİ XƏBƏRDARLIQ
Qadını benzinlə yandırdığı deyilən gənc vəzifəli şəxsin oğlu imiş
İlham Əliyev Sadır Japarovu qarşıladı
FOTOLAR
Paytaxtın bu ərazilərində yeni parklar salınacaq -
2026-cı ildən...
45 yaşlı kişinin qaçırdığı qız ailəsinə qaytarıldı -
Yenilənib
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
Görün Bayden 32 il əvvəl Azərbaycana hansı pisliyi edib -
Faktlar açıqlandı
Təhsildəki kütləvi repititorluq... -
Məktəblər NƏ İŞƏ YARAYIR?
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var -
Ramiz Mehdiyevin qohumudur
Vətən müharibəsi qazisi Türkiyədə öldü -
FOTO
"3 müəllimə tarix dərsini pozaraq sinifə daxil olub, övladımı təhqir və təhdid ediblər" -
ŞİKAYƏT / FOTO
Gürcüstandan idxal qadağası:
qoyun əti bahalaşacaq
Ermənistandan Rusiyaya növbəti rədd cavabı
Professorla Ali Attestasiya Komissiyası arasında nə baş verib?
PRİZMA
Ənvər Börüsoyun adı gələndə…
MÜSAHİBƏ
1
2
3
4
5
6
Vahid Ələkbərovun keçmişi: "O, İdrisin cənazəsi ilə otaqda tək qaldı...."
- "Dedi ki, şalvarım cırıq olduğuna görə qalxıb oynaya bilmədim…”
Qatil əhmədləri elə televiziyaların belə proqramları yetişdirir...
-Müsahibə
Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələrinə verdiyi müsahibə
Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibəsi
Zeynəb Xanlarovadan SƏRT SÖZLƏR:
"Sübut edin ki, demişəm uşaqpulu verilməsin, 50 ildir..." + VİDEO
Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə
TƏHLİL
"Rusiyanın bu ildən salamat çıxa biləcəyinə çox böyük şübhəm var" -
XAQANİ CƏFƏRLİ
SOSİAL
1
2
3
4
5
6
Damla görün kiminlə evlənib
Paltarlarınızı ağappaq edəcək ÜSUL
Xocalıda insan qalıqları aşkar edilib -
FOTO
"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... +
FOTO
Ayın 25 və 26-sı ilə bağlı
CİDDİ XƏBƏRDARLIQ
Paytaxtın bu ərazilərində yeni parklar salınacaq -
2026-cı ildən...
{sape_links}{sape_article}