Gömrükdə külli miqdarda həb saxlanıldı

Gömrükdə külli miqdarda həb saxlanıldı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 180 həbdən ibarət psixotrop maddənin ölkənin gömrük sərhədindən keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, İdarənin əməkdaşları Tehran-Bakı aviareysi ilə gələn sərnişin Qurbanova Təhminə İsmayıl qızının baqajına müvafiq qanunvericiliyə uyğun olaraq gömrük baxışı keçirilib. Yoxlama zamanı üzərində “Alprazolam 0.5 mq” sözləri yazılmış, 2 ədəd dərman qutularına qablaşdırılan 18 ədəd konvalyutda açıq çəhrayı rəngli 180 ədəd həb aşkar olunub.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə görə isə, Qurbanova Təhminə İsmayıl qızında aşkar edilən həblər- zavod üsulu ilə hazırlanan “Alprazolam” adlı dərman preparatıdır və bu dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in siyahısına daxildir.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}