ADPU-nun dosenti Roza Ağayeva razılıq edir

ADPU-nun dosenti Roza Ağayeva razılıq edir

 

Hörmətli Vüqar Məmmədov!

Həyatımda baş verən sevincli bir hadisənin təəssüratlarını sizin sayt vasitəsilə bölüşmək istəyirəm. İnanıram ki, mənim bu duyğularımı – Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, pofessor Cəfər Cəfərova bağlı minnətdarlığımı saytınızda yerləşdirəcəksiniz. Sizə öncədən təşəkkürümü bildirirəm.

Diqqətinizə çatdırmaq istəyirəm ki, mən iki il öncə ADPU-da vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün keçirilən müsabiqədə iştirak etmişdim. Mənim sənəd verdiyim həmin yerə iki nəfər iddiaçı var idi. Mən digər namizədə nisbətən az bal toplamışdım. Yeri də təbii ki, rəqibim qazanmışdı. Bu il mən yenidən müsabiqəyə sənəd verdim. Qeyd etmək istəyirəm ki, mənə seçkidə az adamlar dəstək oldu. Amma məhz ADPU-nun rektoru, professor Cəfər Cəfərovun tutduğu ədalətli mövqe kifayət etdi ki, mən yenidən dərs dediyim auditoriyaya qayıdım. Bu gün qürur hissi ilə deyə bilərəm ki, Cəfər Cəfərov kimi böyük insanın ədaləti və xeyirxahlığı sayəsində neçə-neçə mənim kimi müəllimlərin haqqı özlərinə qaytarılıb. Buna görə də mən hörmətli Cəfər müəllimə dərin minnətdarlığımı bildirir, haqqımın özümə qaytarılmasına verdiyi dəstəyə görə təşəkkür edirəm. Çox sağ olun! Mən çox qürur duyuram ki, belə bir insanpərvər ziyalının rəhbərliyi altında çalışacağam.

Hörmətlə, Roza Ağayeva,

Filologiya fakültəsinin Ədəbiyyat və

onun tədrisi metodikası kafedrasının dosenti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}