Zeynalovlar sükutu pozdular

 


 

Ötən il həbs olunmuş "Günay Bank” ASC-nin İdarə Heyəti sədrinin keçmiş müavini Emin Zeynalov və yaxınları belə görünür ki, sükutu pozmaq qərarına gəliblər. Son günlər bir sıra mətbuat orqanlarının səhifələrində, "Yeni Sözçü” qəzetinə istinadən "Günay Bank” ASC-də baş vermiş müəmmalı maliyyə fırıldağı haqqında ilk dəfə   fərqli mövqelər  yer almağa başlayıb. Aydın hiss olunur ki, 13 aylıq sükutdan sonra sükut pozulub və fərqli fikirlərin də gündəmə gəlməsi həqiqətin üzə çıxma şansını artırıb.

Son günlər baş verənlərlə bağlı Emin Zeynalovun mövqeyinin öyrənmək mümkün olmadığı üçün onun ailə üzvülərinin mövqeyini öyrənmək istədik. Bu məqsədlə Emin Zeynalovun  atası ölkənin tanınmış bank mütəxəsislərdən biri olan Zakir Zeynalovun münasibətin öyrəndik. 13 ay ərzində susmalarının səbəbinə aydınlıq gətirən Zakir Zeynalov bildirdi ki, susmalarının bircə səbəbi var: "Mahmud Məmmədov bizə söz vermişdi ki, problemi həll edəcək və oğlum Emin azadlığa çıxacaq. Ancaq zaman ötdükcə onun bizi aldatmağa çalışdığını düşünməyə başladıq. Son 3-4 ay ərzində isə səbrimiz tükənməyə başlamışdı və Mahmud Məmmədovla bir neçə dəfə ciddi söhbətimiz olmuşdu. Ancaq o israrla bizi Eminin azadlığa buraxılacağına inandır və səbr etməyi tövsiyyə edirdi. Nəhayyət bizim səbrimiz tükəndi. İndi biz həqiqətlərin ortaya çıxmasına çalışacağıq və inanırıq ki, həqiqət üzə çıxacaq”.

Adı 100 milyonluq bank oğurluğunda keçən bir bankirin atasının belə inamlı danışması diqqət çəkicidir və həqiqətlərin üzə çıxacağı halda Emin Zeynalovun da məsuliyyətdən azad olunacağını proqnozlaşdırmağa imkan verir.

Famil Əbdulrəhmanlı


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}