Saxtakarlıqda ittiham olunan notariusa ASAN Xidmətdə vəzifə verilib – PREZİDENTƏ MÜRACİƏT

Saxtakarlıqda ittiham olunan notariusa ASAN Xidmətdə vəzifə verilib – PREZİDENTƏ MÜRACİƏT

 

Tanınmış cərrah Qafar İskəndərov: "Evimi Asif Əsgərovun göstərişi ilə, qanunsuz olaraq söküblər”

"Evim sökülərkən saxlanc yerindən 50 min dollar yoxa çıxıb”

Tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya proktoloqlar cəmiyyətinin üzvü, Çexiya həkimlər birliyinin üzvü, Avropa endoskopik cərrahlar birliyinin üzvi, Ali dərəcəli cərrah Qafar Bədəlxan oglu İskəndərovun Bakıdakı evinin qanunsuz olaraq sökülməsi haqda "Hürriyyət”də məlumat vermişdik. Qeyd etmişdik ki, Q.İsgəndərov xaricdə çalışdığı dövrdə evi qanunsuz olaraq sökülüb, əmlakı talan edilib.

Tanınmış cərrah bildirir ki, onun evi Nəsimi rayon icra başçısının göstərişi ilə sökülüb:

"Mənim evin 16 may 2017-ci il tarixində Nəsimi rayon İcra başçısı Asif Əsgərovun göstərişi ilə, qanunsuz olaraq sökülmüşdür.

Diqqətinizə çatdırım ki, mən 13 sayli Natoriat kontorunun Dövlət notariusu Kəmalə Hüseynzadənin mənim mülkümlə bağlı qanunsuz müqaviləni təsdiqlədiyi və vəzifə səlahiyyətlərini aşdığı üçün Nəsimi rayon Prokurorluğuna və Nəsimi rayon Polis İdarəsinə onun və 59 saylı MİS-in rəisi Ələsgər Rüstəmovun, pasport qeydiyyatçısı Zərifə Salahovanın haqlarında cinayət işinin başlanması üşün müraciət etmişəm.

Lakin Kəmalə Hüseynzadənin bu saxta əməllərinə görə səlahiyyərləri daha da artırılaraq, ona ASAN xidmətdə iş verilmişdir.Fürsətdən istifadə edərək digər tikinti şirkətlərinin rəhbərlərinə və dələduzlara məsləhət görürəm ki, sahibinin xəbəri olmadan başqasının mülkünü "almaq”, "satmaq” istəyindədirlərsə, ASAN xidmət mərkəzində dövlət notariusu Kəmalə Hüseynzadəyə müraciət etsinlər. O, sizlərə bu işlərinizdə çox böyük təcrübəsi ilə yardımçı olacaqdır.

20-ci polis bölməsində araşdırma zamanı aydın olmuşdur ki, 59 saylı MİS-in rəisi Ələsgər Rüstəmov və pasport qeydiyyatçısı Zərifə Salahova tərəfindən mənim mülkümlə əlaqədar saxta 2 saylı forma (arayiş ) verilmişdir. Nəzərinizə çatdırım ki, bu fakt 3 il ərzində nə prokurorluq orqanları, yəni Nəsimi rayon, Bakı şəhər və Azərbaycan Respublikası Baş Prokurorluğu, nə polis orqanları, yəni Nəsimi rayon Polis İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Daxili İşlər Nazirliyi, nə məhkəmə orqanları, nə də mənim vəkilim tərəfindən aşkar edilə bilməmişdir. Buna görə, 20-ci polis bölməsinin tədqiqatçısı, polis mayoru Nazim Qədirov DİN və Azərbaycan Pezidenti tərəfindən mükafatlandırılmalıdır. Lakin ola da bilər ki, bu polis mayoru cəzalandırılsın.

17 may 2019-cu ildə "Regal” MTK-nın xahişi ilə Nəsimi rayon icra başçısı Asif Əsgərovun göstərişi ilə cinayət işini pərdələmək üçün 59 saylı MİS-in rəisi Ələsgər Rüstəməv və pasport qeydiyyatçısı Zərifə Salahova tərəfindən mənim mülküm üçün saxta 2 saylı forma (arayış) verilmişdir(Bu məlumatı mənə adının gizli saxlanmasını istəyən Nəsimi rayon İcra Hakimiyyətində çalışan bir məmur vermişdir). Nəticədə mənə külli miqdarda maddi və mənəvi ziyan dəymişdir.

Keçirilən mətbuat konfransında mənə 59 saylı Mənzil İstismar Sahəsindən öncədən hazırlanmış təhdid göndərilmişdir. Yəni mənim Azərbaycana gəlməməm məsləhət görülmüşdür. Əgər gələrəmsə, mən DTX-nın əməkdaşları tərəfindən həbs olunmalı idim.

Buradan agah olunur ki, adları yuxarıda çəkilən cinayətkar qrup Azərbaycan Prezidentinin adından danışmaları kifayət etmədiyi halda, utanmadan, çəkinmədən, qorxmadan DTX-nın adından da istifadə etmişlər və bu günə qədər də heç bir cəza almamışlar. Mən bir neçə gün əvvəl bu təhdid barədə DTX-ya məlumat vermişəm, inanıram ki, yeni təyin olunmuş sədr, hörmətli cənab Əli Nağıyev bu məsələni şəxsi nəzarətinə götürəcək və bu təhdidi hazırlayan, DTX-nın adından istifadə edən cinəyətkar qruplaşma öz cəzasnı alacaq.

Mətbuat vasitəsilə bir daha Ali Məhkəmənim sədri Ramiz Rzayevə və Ali Məhkəmənin mətbuat katibi cənab Allahverdi Məmmədliyə çatdırmaq istəyirəm ki, mənimlə "Regal” MTK arasında aparılan məhkəmələr zamanı düzgün araşdırmalar aparılmamışdır. Buyurun tanış olun:

1. Evimin sahəsi düzgün hesablanmayıb(ekspert rəyləri məhkəməyə təqdim olunub).

2. Əmək haqqım haqqında arayışlar birinci məhkəmə instansiyasında yoxa çıxarılıb. Yeni arayış təqdim etmişəm.

3. Heç bir məhkəmə instansiyasında talan olunan evimin əşyaları araşdırılma predmeti olmamışdır.

4. Məni şirkət Bakı şəhərinə dəvət etdiyi üçün, mən 1.5 aylıq əmək haqqımı, yəni 13.500 dollar itirmişəm, buna hakimlər göz yumublar.

5. Məhkəmə və istintaq işlərində iştirak etməklə bağlı iş kontraktımı itirməyim nəticəsində bir illik əmək haqqımdan, yəni 109.200 ABŞ dolları (185.640 manat (yüz səksən beş min altı yüz qırx manta)) dollardan məhrum olmuşam. Hakimlər buna da göz yummuşlar.

6. Müəmmalı şəkildə evimin gizli saxlanc yerindən yoxa çıxan 50.000 dollardan söhbət açılmayıb.

7. Mənim üç il ərzində qaldığım mehmanxana və təyyarə biletlərinə xərclədiyim vəsait nəzərə alınmayib. Halbuki cavabdeh vətandaşlarla müqavilə bağlaması zamani vətəndaşlarla tikinti təhvil verilinə qədər kirayə haqqı ödəməsini öhdəçiliyə götürmüşdür.

8. Azərbaycan qanunvericiliyində nəzərdə tutulur ki, borclunun borcu odədiyi günə qədər faiz dərəcəsi (bank faizi ilə) hesablanmalıdır(AR MM 449.1).

9. Torpaq sahəsinə görə qiymətləndirilmə aparılmayıb.Torpaq vergisi ödənilməsi haqqında sənədlər məhkəməyə təqdim olunub və qiymətləndirmə məqsədilə ekspertizaya göndərilməsi üçün vəsadət qaldılmağına baxmayaraq, hakimlər vəsadəti təmin etməyib.

10. Mənə dəymiş mənəvi ziyan çox cüzi hesablanmışdır

11. İşin araşdırılması zamanı çox aydın aşkar olunur ki, "Regal " MTK-nın əməkdaşları tərəfindən cinayət hadisəsi törədilmişdir. Bu, AR CM 186.2.1-ci,308.2-ci, 309-cu və 322-ci maddələrində nəzərdə tutulmuş cinayət hadisəsinin törədilməsi faktını təsdiq edir. Eyni zamanda "Regal” MTK Azərbaycan Konstitusiyasının 29.1, 29.2, 29.4, 33.1, 33.2 maddələrini heçə sayaraq, qanunlarımızı ayaqları altına atmışlar. Bu cinayət əməllərinə görə məhkəmələr xüsisi qərardad çıxarmalı və cinayət işinin qaldırılması üçün prokurorluğa göndərməli idilər. Vəsadətim təmin olunmayıb.

12. Məhkəmə və hüqüq mühafizə orqanları 59 saylı MİS-in rəisi Ələsgər Rüstəməvun, pasport qeydiyyatçısı Zərifə Salahovanın və 13 saylı notariusun dovlət notariusu Kəmalə Hüseynzadənin dələdüzluq, vəzifələrindən süi-istifadə etmələri və cinayət əməllərinə hüquqi qiymət verməmişlər.

Yuxarıda sadalanan 12 bəndi istənilən vətəndaş oxuduğu zaman hakimlərin savadsızlığını görür və onların bu cinayətlərə yalnız rüşvət müqabilində göz yumduqlarını anlayırlar. Yəni bu məhkəmə araşdırmaları ilk gündən düzgün aparılmayıb.

Çox hörmətli Ali Məhkəmənin sədri, cənab Ramiz Rzayev və Ali Məhkəmənin mətbuat katibi Allahverdi Məmmədli, məhkəmələrin yuxarıda qeyd olunan nöqsanları kobudcasına pozduqları açıq-aşkar göründüyü üçün Ali Məhkəmədə qeyri-şərtsiz mənim kassasiya şikayətim təmin olunmalı və bu nöqsanların tam aradan qaldırılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılmalıdır.

Mən əminəm ki, bu məhkəmə prosesi səlahiyyətli şəxslərin, aidiyyatı orqanların, AR Konstitusiya Məhkəməsinin, medianın, Azərbaycan Prezidentinin, Birinci vitse-prezidentin, Prezident Aparatının nəzarətində, Azərbaycanda və xaricdə yaşayan həmyerlilərimizin, eyni zamanda xarici ölkə vətəndaşlarının da diqqətində olacaqdır”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}