Dünən, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
17-03-2026, 15:20
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda məktəbdə baş verən silahlı hücumla bağlı açıqlamasında hadisənin bütün tərəfləri ilə araşdırıldığını bildirib. O, prokurorların, inzibati qurumların və təhsil müfəttişlərinin başladılmış istintaqı diqqətlə apardığını vurğulayıb və olayın tam şəkildə aydınlaşdırılacağını deyib.
Prezident sosial media hesabında paylaşdığı müraciətdə hücumdan zərər çəkən vətəndaşlara, ailələrə və xüsusilə uşaqlara başsağlığı verib. Ərdoğan bildirib ki, bu ağır hadisə nəticəsində 8 şagird və bir müəllim həyatını itirib. Rəsmi məlumatlara görə, Kahramanmaraşdakı orta məktəbdə 14 yaşlı şagirdin törətdiyi silahlı hücum nəticəsində 8 şagird və 1 müəllim ölüb, 13 nəfər yaralanıb.
Ərdoğan həmçinin qeyd edib ki, Milli Təhsil, Ailə və Sosial Siyasətlər, Daxili İşlər, Ədliyyə və Səhiyyə nazirliklərinin nümayəndələri yaralılara və hadisədən təsirlənən ailələrə dəstək vermək üçün Kahramanmaraşa yollanıblar. Təhsil Nazirliyi isə hadisə ilə bağlı 4 başmüfəttişin ezam olunduğunu açıqlayıb.
Türkiyə Prezidenti çıxışında belə faciələrin siyasi polemika və reytinq məqsədi ilə istifadə olunmamasının həm vicdani, həm də əxlaqi məsuliyyət olduğunu bildirib. O, media nümayəndələrini və cəmiyyəti həssas davranmağa çağırıb, vətəndaşlardan isə yalan məlumatlara və dezinformasiyaya inanmamağı, yalnız rəsmi qurumların açıqlamalarını əsas götürməyi xahiş edib.
Arzuman Loğmanoğlu,
Sozcu.info