Gürcüstanda prezidenti məhkəməyə verməyi mümkün edən qanun təsdiqlənib

Gürcüstan parlamenti üçüncü oxunuşda “Konstitusiya məhkəməsi” haqqında qanuna dəyişiklikləri təsdiqləyib.
Sozcu.info-nun yerli bürosu xəbər verir ki, qanun layihəsini 83 deputat dəstəkləyib, 6-sı isə əleyhinə olub.
Dəyişikliklərə əsasən, Gürcüstan prezidenti, hökumət, Baş Prokurorluğun fəaliyyəti və ya fəaliyyətsizliyindən Konstitusiya Məhkəməsinə şikayət etmək mümkün olacaq.
Məhkəmədə həmçinin Parlament, Ali Ədliyyə Şurası, Milli Bankın şurası, Xalq müdafiəçisi, Baş auditor, muxtar respublikanın Ali Şurası da iddia qaldıra biləcək.
Qanun dərc olunduğu gündən qüvvəyə minəcək.
Qeyd edək ki, qanunvericiliyə dəyişikliklərin edilməsi təşəbbüsü hakim Gürcü Arzusu Partiyasına məxsusdur. Partiya bu yaxınlarda prezident Salome Zurabişvilinin səfirlərin təyinatı zamanı fəaliyyəti ilə bağlı Konstitusiya Məhkəməsinə şikayət təqdim edə bilməyib.


Oxşar Xəbərlər

Xəbər lenti