Oturduğu budağı kəsənlər şər-böhtandan əl çəkmir.

 İsmayıllı rayon  sakinləri "Yeni Sözçü" qəzetinə məktub göndəriblər. Məktubda deyilir: 

Azərbaycan əleyhinə olan "Azərbaycan saatı” gor eşməkdə davam edir. Qənimət Zahid kimi ələkçilərin İsmayıllıdan olan qılverənləri növbəti sərəncamın surətini yayımlayır. Avtovağzalın tikintisinə görə icra hakimiyyəti başçısını ittiham edir. İsmayıllıda nə tikilirsə, onun üçün verilən sərəncam qanuni olduğu üçün inşaat meydanının görünən yerinə vurulur. Avtovağzal tikiləndə də belə olub. Velosiped zavodunun işləməməsi, oraya rayon İcra Hakimiyyəti başçısının qohumunun rəhbərlik etməsi barədəki yazılar və yayımlar tamamilə yalan, böhtan və iftiradır. Biz İsmayıllıda yaşayırıq. Hamımız yaxşı görürük ki, rayonda hansı abadlıq-quruculuq işləri gedir.  Şeytanla eyni məqsədə qulluq edənlər təbiidir ki, hər şeyi əyri güzgüdə görməyə çalışırlar. Avtovağzalın vəziyyəti barədə heç olmasa onun müdiri Pərviz Əliyevdən soruşmaq lazım idi. Onda bilərdilər ki, Sumqayıta da, Bakıya da avtobuslar buradan yola düşür. İstənilən sahibkarla da avtovağzal müqavilə bağlamağa hazırdır. Lahıcın daşını bəzi başlara belə ağır olması anlaşılan deyil. Yalnız Lahıc avtobusu üçün avtovağzal tikilməsini iddia etmək ağıldan kəmlik əlamətidir.

 Keçmiş kişilər deyərdi "Tikmək-qurmaq kişilikdən nişanədir". Vəzifə heç kəsə daimi verilmir. Təbbi ki, İsmayıllı rayon icra hakimiyyətinin başçısı da nə vaxtsa vəzifədən gedəcək. Məgər onda bu tikilənləri özü ilə aparacaq? Avtovağzal malikanədir, bağ evidir, kommersiya obyektidirmi? Adam nə dərəcədə çürük fikirli olmalıdır ki, əhalinin maraqlarına uyğun görülən işlərə qulp qoysun.

Allah ağıl versin və ya olub qalanını da şər-xətaların əlindən alsın.

 

İsmayıllı sakinləri,

Rövşən Əliyev

Fikrət Haqverdiyev

Vaqif Əliyev

Əhməd Qəmbərov və başqaları

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}