Şəhid qardaşı:" Ləyaqətli insanları ləkələməyin!"

Şəhid qardaşı:" Ləyaqətli insanları ləkələməyin!"

 Şəhid qardaşı Mirdamət Sadıqovdan razılığını bildirdi.

İsmayıllı şəhər sakini, şəhid qardaşı Firidun Rüstəmovdan redaksiyamıza şikayət məktubu ilə müraciət edib. O, "Kənd.info” saytında yazılanlara sərt etirazını və iradlarını bildirir.  
Biz də məktub müəllifin fikirlərinə hörmətlə yanaşaraq yazını olduğu kimi təqdim edirik:

 

"Mən İsmayıllı rayonu Mican kəndində yaşayıram və şəhid qardaşıyam. 2013-cü ildə yeni başçı rayona gələnədək qardaşımın xatirəsi heç bir formada əbədiləşdirilməmişdir. Ailəmiz adından rayon rəhbərliyinə müraciət etdik. İsmayıllı  Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov müraciətimizə çox həssaslıqla və ürək yanğısı ilə yanaşdı. Şəhid qardaşım Cəlal Rüstəmovun  xatirəsinə bulaq-abidə kompleksini inşa etdirdi. Buna görə də  ailəmiz adından hörmətli ağsaqqalımıza, rayonumuzun dəyərli rəhbərinə minnətdarlığımızı bildiririk.

Şəhid bulağının yanından keçən hər kəs şəhid qardaşımızı xatırlayıb ona və belə xeyirxah insanın  dünyadan köçənlərinə rəhmət oxuyur". Daha sonra Firidun Rüstəmov yazır: ”Ay, Elçin İsmayıllı, sən niyə bizim adımızdan istifadə edib, başçı ilə düşmənçilik yaradırsan  və nə səbəbdən bizim adımızdan qərəzli ölkə başçısının bölgədə olan nümayəndəsinə böhtan atırsan?  Bulağın yaxınlığından kanalizasiya xətti keçməsi faktı doğrudur. Buna  cavabdeh  İsmayıllı Bələdiyyəsinin sədri Pərviz Ağayev, Mənzil Kommunal İdarəsinin müdiri Vidadi Məmmədov, şəhər icra nümayəndsi Məhərrəm Əhmədov, Su-Kanal idarəsinin rəisi Ağasəf Salmanovun və diğərlərinin adlarını niyə çəkmirsən?  Şəhidin ruhuna əməli işi ilə hörmət edən, şöhrəti Azərbaycana yayılan   başçıya hörmətsizlik edirsən? Xahiş edirəm bizim adımızdan istifadə edib ləyaqətli adamları təhqir etmə. Aidiyatı  qrumlar müafiq iş görəçəklərinə söz veriblər.

Şəhid ruhuna hörmətlə yanaşan, onun xatirəsini əbədiləşdirən insana hörmətsizlik etmək günahdır.”

 

 

 

Rüstəmov Firidun Abdulhəkim oğlu,

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}