QEYRƏT DAĞARCIQLARI...

QEYRƏT DAĞARCIQLARI...

 

Sərdar Cəlaloğlunun türk dövlətlərinin konfederasiyasının yaradılması ideyası niyə Rusiyanın nökərlərini narahat edib?

 

Məsəl var, deyərlər, hələ nə ölən var, nə goruna söyən, amma bizim qeyrət dağarcıqları özlərinə əl qatıblar. Ay haray, qoymayın millət batdı, məmləkət əldən getdi! ...Qriboyedovun məşhur personajının dili ilə desək, aman Allah, görün bizim hakimlər kimlərdir!

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/quotbespardonniyquot_hyasizliq_-_iii_hiss)

Təzə cümləni başlamaq istəyirdim ki, orta əsr ravilərinin dediyi kimi birdən kus və təbillərin gurultusu, döyüş şeypurlarının, kərənay və nəfirlərin nərəsi asimana bulənd oldu. Soruşdum, camaat, nə baş verib, bu nə qeylü-qaldır? Cavab gəldi ki, Ayaz Mütəllibov ələm qaldırıb, nərey-əjdəri çəkə-çəkə Sərdar Cəlaloğluya çəngi-məğlubə elan edib.... Ayaz müəllimin köhnə kişilər demişkən, odu söndürüb kül ilə oynaması və bir neçə ağanın onunla yekdil olması mənə o qədər yer eləmədi. Son illərdə belə şeylər çox görmüşük... Mənə özgə cürə ləzzət verən çoxdan unudulmuş Hacı Əbdülün "Ay camaat, mən də varam!” demək xatirinə səsini qaldırmasıdır.

İndi bir-iki sual verib məsələni bitirmək fikrindəyəm. Ağayi Əbdül, vaxtilə qətiyyətsizlik göstərdiyinə görə Ayaz Mütəllibovu "vozdux” adlandırmışdınız, yəni, boş, mənasız bir fiqur. İllər keçib aylar ötəndən sonra, indi onunla həmzəban olursunuz.... Xeyir ola? Özünüzə zəhmət verib xatırlayın, kim Sizi qəzetində ələ salıb "siyasi karikatura” adlandırmışdı? Niyə onda indiki kimi dil-dil ötmədiniz?

Ayaz müəllim, birinci gündən "Xalq cəbhəsi”adlanan quruma, daha sonra onun vayına oturmuş isavat guruhuna qarşı neqativ münasibət bəsləmişəm. Ölkəni bəla girdabına salmış, hərəkatın özünü gətirib dalana dirəmiş macəraçıların kimlər tərəfindən idarə olunduğunu öyrənmişdim.

İllər uzunu "pambuq bəylərinə” qarşı apardığım mübarizə sizə hörmətimə dəlalət etmirdi. Əvvəlcə sizə "stavka” edən Rusiya, arxalandığınız sosial təbəqənin, beş-on qorxaq əyalət partokratının heç nəyə qadir olmadığını görəndən sonra əlini başınızdan çəkdi. Hakimiyyətin yuxarı eşalonunda təmsil olunmuş imansızlara nifrət eləsəm də, bir mətləbi əla bilirəm, siyasət qrossmeysteri Heydər Əliyev başı doğma Vətənin hərbi qüdrətini anqlo-saks dünyasına satmağa qarışmış xain Qorbaçovun, əyyaş Yelsinin öhdələrindən gəldi. Bəli, vətənin yarısı getdisə, amma dövlət quruldu, bütün strukturlar işləyir, Azərbaycan yeni intibah dövrünə qədəm qoydu, əsl ordu yarandı, daha nələr, nələr.... Ayaz müəllim, bu sizin girəcəyiniz kol deyildi.

On ildə yüz əlli qrankalıq axmaq bir dissertasiyanı yaza bilməyən çayxana yakobinçiləri dövləti idarə edə bilmədikləri kimi, Siz də beş-on "barıqaya” ,”bazarkoma” arxalanıb ölkəni xilas edə bilməyəcəkdiniz. Sizin ümumiyyətlə çox işlərdən danışmağa haqqınız yoxdur. Qorxaqlığınız, qətiyyətsizliyiniz tərəfdarlarınıza baha başa gəldi, neçəsi bütün olan-qalanını itirib müflis oldu, neçəsi zindanlarda çürüdü.

Sizin üçün hər şərait yaradılıb, əməlli təqaüd, ev-eşik, bağ.... Yaşınız da o yaş deyil...

Başa düşmürüsünüz ki, aparata soxula bilmiş bir neçə əyalət avantüristi sizdən ancaq rəqib saydıqları şəxslərin qanını qaraltmaq, lüzumsuz yerə ortaya mənasız söz-söhbət, didişmə salmaq üçün istifadə edirlər.

Çox böyük iş olub, Sərdar Cəlaloğlu türk dövlətlərinin konfederasiyasının yaradılmasını, müasir Türkiyə ilə daha sız əlaqələrin qurulmasını təklif edib. Məsəl var, deyərlər, hələ nə ölən var, nə goruna söyən, amma bizim qeyrət dağarcıqları özlərinə əl qatıblar. Ay haray, qoymayın millət batdı, məmləkət əldən getdi! ...Qriboyedovun məşhur personajının dili ilə desək, aman Allah, görün bizim hakimlər kimlərdir!

... Əyalət taleyranlarının antitürk mövqedən çıxış etmələri dahi rus şairi Puşkinin bu misralarını yadıma saldı.

Batı tayfasıtək qafqazlılar da,

Xain çıxacaqlar əcdadlarına!

Şair qafqazlı deyəndə bütün Qafqaz əhlini nəzərdə tutmuşdu. Qərinələr ötəcək, məlum olacaq ki, xainlərin ümumi sayına görə biz birinci yerdəyik... Nə isə bu tamam başqa söhbətin mövzusudur!

Adi bir təklifin səslənməsilə bir neçə "milli mücahidin” qeyrət damarı qalxıb. Bunlar elə bilirlər ki, bura avamlar ölkəsidir, biz hər şeyi, hər zinakarlığı unutmuşuq. Və heç kim bunlara deməyəcək ki, ağalar, sizin ümumiyyətlə danışmağa haqqınız varmı? Söz güləşdirməkdən, iqtidarın qarşısında yeri gəldi-gəlmədi reverans eləməkdən başqa əlinizdən nə gəlir?

Barmaqlarınızı qatlayıb deyin görək, siz nə vaxt öhdənizə düşən ziyalı əməllərini yerinə yetirmisiniz? Otuz il olar ki, onlarla irticaçı sekta, dini qurum, icma, müxtəlif çaplı missionerlər ölkədə istədiklərini edirlər. Müharibə aparan dövlətin içində bu qədər də təxribatçı olar?

Hələ görmədim ki, Sərdar Cəlaloğlunun üzərinə səlib yürüşü təşkil edənlərin, məni çörəksiz qoyanların birisi Mübariz Qurbanlıya, onun ipini çəkənə desin ki, niyə xalqın gözünə kül üfürürsünüz?

Siz doğrudanmı bilmirsiniz ki, çox ölkələrdən it kimi qovulmuş din dəllalları o qədər həyasızlaşıblar ki, çoxdan evlərə soxulurlar, on minlərlə qız-gəlini yoldan çıxarırlar? Sizin bütün "qələbə” raportlarınız yalandır!

Üç-dörd kəlmə söz üstündə (əslində səbəb başqadır!) Sərdar Cəlaloğlunu qovaraqa götürən Araz Əlizadə, Tahir Kərimli, Tahir Rzayev, Musa Musayev yaxşı olmazmı ki, ölkənin ideoloji-mənəvi mühitinin təhlükəsizliyini təmin edə bilməmiş, iqtidar mətbuatını maklaturaya döndərən "ideoloq” məmurların üzərinə getsinlər?

İndiyə kimi Azərbaycanın qatı bədxahı Yeltsinin böyük portretini Azadlıq meydanına çıxarmış lakeylərə, ABŞ səfirliyinin qarşısına gedərək "Amerika kömək et!” şüarlarını qaldıranlara, mason emissarı Steynar Gilin adını bağıra-bağıra çəkənlərə güldən ağır söz deyilməyib və sonra da belə hadisələr vaqe olanda da deyilməyəcək.

Bilirsiniz niyə? Ona görə ki, dövlətçiliyin əleyhinə təşkil edilən bütün aksiyaların əsl ssenarist və rejissorları hakimiyyətin yuxarı eşalonunda oturanlardır.

Sözüm sizədir Tahir Kərimli, vaxtilə birinci seçkilər zamanı siz respublikada Heydərv Əliyevlə birlikdə heç kimə müyəssər olmayan uğur qazandınız. Hürriyyət havasından dualıq olmuş camaatın qarşısında gah süqut etmiş Sovet hökumətini söydünüz, gah da elan etdiniz ki, cənnətə gedən yolu sizdən başqa tanıyan yoxdur. Aylar keçdi, həftələr dolandı, çaşıb qaldınız, bilmədiniz hansı tərəfə yıxılasınız.

Ali məhkəmənin sədri işləyəndə bir dəfə heç olmasa gömrük sahəsində çalışan "partayqenossi”lərinizlə maraqlandınız? Məhz sizin kimi boş-boş danışmağı adət etmiş gülməşəkərlərin biganəliyi üzündən məmləkətdən asari-ətiqə alverçiləri külli miqdarda sərvəti kənara çıxartdılar.

Qarabağda 22 muzey, 4 qalereya talan–tarac oldu. Balaca adam deyildiniz, vəzifəniz vardı, amma gözdən pərdə asmaq xatirinə heç olmasa kiçik bir təhqiqatın aparılmasını da tələb etmədiniz. Axı o muzeylərdə, qalereyalarda olan sərvətləri təkcə ermənilər talamamışdılar. İsterik çıxışlar, ünvansız tənqidlər – Sizin şakəriniz bu idi.

Sizi rəyasətə çatdırmış Əbülfəz Elçibəyə də "yaxşı” təşəkkür etdiniz. Tahir Əliyev kimi qaba bir məxluq Milli məclisin tribunasından Əbülfəz müəllimin ünvanına ana söyüşü işlədəndə niyə indiki kimi şahə qalxmadınız? (iki cəbhəçi xanım "Biz bu alçaq təhqir üstündə Tahir Əliyevi məhkəməyə verəcəyik!” dedilərsə, sonra hər şey unuduldu!)

Sərdar Cəlaloğlunu bir bəhanə ilə vurmaq üçün kimdən fərman almısınız, onu bilirəm. Amma yadınıza salıram ki, erməni-rus yırtıcıları 1918-ci ildə sənin doğma Şirvanın altını üstünə çevirmişdilər. Qatil komissarların cinayətkar dəstələri tək qədim Lahıca girə bilməmişdilər. Türk-islam ordusu özünü vaxtında yetirdi! Türk oğlunun sayəsində qədim mahal ümumi qətlamdan xilas oldu. Biz ömürlük türk-islam ordusunun şəhidlərinin ruhlarına minnətdar olmalıyıq.

"Müsəlman qardaşlar, biz gedirik. Ən böyük düşməniniz, şimaldan gələcək, sərvaxt olun. Dininizə, namusunuza, yurdunuza təcavüz edəcək kafirlər gəlir. Dara düşsəniz, savaşa davam gətirməli olmasanız bizi çağırın. Məzarlardan da olsa qalxıb köməyinizə yetəcəyik!” bu sözləri türk igidi Nuru paşa Quba meydanında keçirilmiş vida mitinqində demişdi.

İsrər Araz Əlizadə, istərsə də Siz yaxşı bilirsiniz ki, ölkə daxilində ikinci ruslaşma prosesi gedir. Mən ingilis dilinin tədricən hegomonlaşmasını demirəm. Bu vaxta qədər siz nə vaxt (özü də başqa düymə basan deputatlarla birgə) əl-ələ verib şəhərdə hamının gözünü yağır eləmiş əcnəbi dillərdə yazılmış lövhələri, reklamları azaltmağa çalışmısınız?

Neçə il ərzində Misir Mərdanov təhsil sisteminin qəsdinə durdu. Onun vurduğu yaralar çətin sağalsınlar. Müdhiş rüşvətxorluq gəncliyin evini yıxdı. Ağalar, bir dəfə olsun ağzınızı açdınız?.... Danışan, mətbuatı ayağa qaldıran biz olduq!

Cənnət Səlimova adlı bir "rejissor” Gənc tamaşaçılar teatrının səhnəsində " o oyun qalmadı ki, Mirzə Cəlilin şah əsəri "Danabaş kəndinin əhvalatları”nın başına gətirməsin. Ona baxmaq mənə müyəssər olub... İlahi, insanda bizim millətə, məişətimizə, keçmişimizə nə qədər nifrət olmalı idi ki, belə zibili səhnəyə çıxartsın.

Yenə də danışan mən oldum, ... bir ziyalı Mirzə Cəlilin şərəfini qorumadı. Mən hələ şou-biznes ziyanəvərlərinin, psevdotarixi əsərləri ilə gəncləri çaş-baş edən titullu lotuların əməllərinə layiqli qiymətin verilməməsindən danışmıram. Ailəsindən iki şəhid vermiş Sərdar Cəlaloğluna nifrin yağdıranlar deyə bilərlərmi ki, Rusiya mətbuatında telekanallarda bizim əleyhimizə nə qədər materiallar gedib. Onların hansı qələm sahibi, rejissoru qeyrətimizi, çəkib?

İqtidarın lap yuxarı dairəsində güclü şəbəkə yaratmış Rusiyanın nökərləri məni o dünyaya göndərməsələr, gələn saylarda bəzi əşarları açacağam.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}