Məmurun və oğlunun adı ölümlə nəticələn qəzada hallanır

Məmurun və oğlunun adı ölümlə nəticələn qəzada hallanır

 

Məhərrəm Məmmədovun ölümündə günahkar kimdir?


Ötən ayın 14-də Məhərrəm Məmmədovun ölümü ilə nəticələn yol-qəza hadisəsi ətrafında müamma davam edir. Qeyd edək ki, 14 may 2019-cu il tarixdə saat 05.00 radələrində Stansiya Mingəçevir-Mingəçevir-Bəhrəmtəpə yolunun Beyləqan rayonu ərazisindən keçən 137-ci kilometrində bir avtomobil piyada Məhərrəm Məmmədov vuraraq hadisə yerindən qaçmışdı. Məhərrəm Məmmədov aldığı xəsarətlərdən və zamanında tibbi yardım ala bilməmisi səbəbndən hadisə yerində vəfat etdi. Hadisəni törədərək olay yerindən qaçan və beləliklə də, Məhərrəm Məmmədovu ölümə tərk edən sürücünün müəyyən edilməsi isə təxminən iki həftədən artıq zaman aldı.

Nəhayət hüquq-mühafizə orqanları may ayının sonunda Məhərrəm Məmmədovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçan sürücünün həbs edilməsi haqqında məlumat yaydılar. Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumatda polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat axtarış tədbirləri nəticəsində Beyləqan rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücünün tutularaq istintaqa cəlb edilməsi qeyd olunurdu. Belə ki, aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin "Mercedes Benz” 200 markalı 04-AA-132 dövlət qeydiyyat nişanlı avtomobillə törədilməsi aşkar olundu. "Mercedes Benz” 200 markalı 04-AA-132 dövlət qeydiyyat nişanlı avtomobil Ağ Göl Milli Parkının direktoru (hazırda direktor əvəzidir) Loğman Mehdiyevin xidməti maşınıdır.

Ağcabədi rayonundan redaksiyamıza daxil olan məlumata görə, Məhərrəm Məmmədovun ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi zaman sükan arxasında Ağ Göl Milli Parkının direktoru əvəzi Loğman Mehdiyevin oğlu Xəyal olub. Bir başqa məlumata görə isə, sükan arxasında direktor əvəzi Loğman Mehdiyevin özü olub. Həqiqətin nədən ibarət olduğunu isə obyektiv istintaq üzə çıxara bilər. Ancaq ölkə ictimaiyyəti məmurların adının hallandığı istintaqın nəticələrinə çox da etibar etmir. Buna görə də Ağcabədidə belə rəy var ki, Məhərrəm Məmmədovun ölümünə səbəb olan qəzanı tödən şəxs məsuliyyətdən yayına biləcək. Bu rəyi gücləndirən məqamlardan biri də Loğman Mehdiyevin oğlununun qaynın güc strukturlarından birində yüksək vəzifə sahibi olması ilə bağlıdır. İddiaya görə, may ayının 14-də baş vermiş qəzaya səbəb olan avtomaşının markası və dövlət nömrə nişanınən 15 gün sonra müəyyən edilməsi də məhz bu məqamla bağlıdır. Redaksiaymıza daxil olan məlumatda deyilir ki, bir neçə şəxs vətəndaşlıq məsuliyyəti nümayiş etdirib hadisəni törədənin kimliyininin məlum olması və həbsdən yayınması ilə bağlı narahatlılqarını hüquq-mühafizə orqanlarının rəhbərlərinə çatdırmasaymış, Məhərrəm Məmmədovun ölümünə səbəb olan qəzanı kimin törətdiyi nəməlum qalcaqmış. İndi isə qəzaya görə cinayət məsuliyyətinin başqa bir şəxsin üzərinə qoyulmasına cəhdlər edldiyi haqqında iddilar var. Bu isə ictimaiyyətdə narahatlıqlar doğurur.

Çox maraqlıdır ki, bu olaydan sonra Ekologiya və təbii sərvətlər naziri Muxtar BabayevAğ Göl Milli Parkının direktoru Loğman Mehdiyevi vəzifədən çıxardaraq direktor müavini və direktor vəzifəsinin icraçısı təyin edib. Nazir Muxtar Babayevin bu addımının nə anlama gəldiyini də müəyyən etmək mümkün deyil.

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}