Kürdəmirdəki yol qəzasında ölənlərin sayı 4 nəfərə çatdı - VİDEO - YENİLƏNİB

Kürdəmirdəki yol qəzasında ölənlərin sayı 4 nəfərə çatdı - VİDEO - YENİLƏNİB

 

Kürdəmirdə baş verən yol qəzasında daha bir nəfər də ölüb.

Sozcu.info "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

Belə ki, "Nissan" markalı avtomobilin azyaşlı sərnişini - 2 yaşlı Piriyev Sabir Ceyhun oğlu xəstəxanada vəfat edib.

 

 

***12:06
Kürdəmirdə baş verən yol qəzasında daha bir nəfər də ölüb.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

***11:19
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Sor Sor kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Abbas Kərim oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Piriyev Ceyhun Sabir oğlunun idarə etdiyi "Nissan" markalı avtomobillə toqquşub. Nəticədə "Mercedes" markalı avtomobildə olan 3 sərnişin hadisə yerindəcə dünyasını dəyişib. Digər 4 sərnişin isə ağır bədən xəsarətləri alıb.

"Nissan"da olan sərnişinlərdən 4-ü isə ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.





Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}