27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Xəbər verdiyimiz kimi, dünən Zaqatala rayonunda növbəti dəfə qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Bu dəfə üç nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həmin şəxslər Zaqatala şəhərindəki dönərxanalardan birində dönər yedikdən bir neçə saat sonra vəziyyətləri pisləşib.Yaz-yay aylarında Zaqatala rayonunda dönərdən kütləvi zəhərlənmə hadisəsi baş verərkən bunu hava şəraiti və qidanın tərkibindəki mayenezlə bağlı olduğu bildirilirdi. Bu dəfə isə şəhərdəki fərqli ünvanda dönərdən zəhərlənmə qeydə alınıb.Sozcu.info xəbər verir ki, Bizim.Media-ya Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, zəhərlənən şəxslər aşağıdakılardır:Cobankol kənd sakini, 25 yaşlı İlqar Əhmədov, Mosul kənd sakini, 16 yaşlı İradə Əsədullayeva, Qazangül qəsəbə sakini, 15 yaşlı Əli Atayev.Məsələ ilə bağlı xəstəxananın təcili yardım şöbəsinin həkimi Fizuli Arzumanov bildirib ki, daxil olmuş şəxslərə “dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi, dispepsiya” diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.Vəziyyətləri stabil qiymətləndirilən hər üç şəxs ambulator müalicə üçün evə buraxılıb.Bu gün Zaqatalada zəhərlənmə hadisəsinin baş verdiyi ehtimal edilən dönərxana xaric digər dönərxanalar fəaliyyətlərini normal qaydada davam etdirib. Onların əti hansı mənbələrdən aldıqları və necə bişirdikləri ilə maraqlandıq. 6 ildir dönərçi işləyən Cuməli Şıxverdiyevin sözlərinə görə istər ət, istərsə toyuq əti üçün dönəri Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi və sertifikatı olan şirkətlərdən alırlar. Dönərçi onu da qeyd edir ki, əti bişirərkən onun tam hazır olduğuna əmin olmalısan. Dönərə əlavə edilən pomidor, xiyar, mayonez və dönərin souzuna ciddi fikir verməli, onların keyfiyyəti diqqətdə saxlanmalıdır.Dönərçi maraqlı bir təkliflə çıxış edərək bildirib ki, bu sahədə çalşan hər kəs müvafiq təlimlərə cəlb edilməli və təcrübəli ustaların yanında iş təcrübəsi keçməlidir. Belə olan halda insanların dönərdən zəhərlənmə faktları da azalacaq.Qeyd edək ki, faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.