Gürcü qızı azərbaycanlı oğlanla eşq yaşayır

Gürcü qızı azərbaycanlı oğlanla eşq yaşayır
Məlumatına görə, söhbət azərbaycanlı gənc müğənni Rəşal Kərimovun çox maraqlı ekran əsərindən gedir. Belə ki, Rəşalın ifa etdiyi “İzahat” mahnısına çəkilən klipin süjet xətti gənclərin qarşılıqlı sevgisindən bəhs edir. Klipdə cütlüyün intizar, iztirab hissləri əks olunsa da, sonda hadisələr nikbin bitir.

Klipdə müğənninin tərəf müqabili Gürcüstanın tanınmış aktrisası Tamarella Qaçibaiadır.

Sözləri Altay Yaşara, musiqisi Camal Qurbanova məxsus olan “İzahat” mahnısnın aranjeman müəllifi Rəşad Bağırovdur. Klipin rejissoru Elnur Əliyevdir. Klip Gürcüstanda Tiflis şəhərində çəkilib.

Məlumat üçün bildərk ki, R.Kərimov 1991-ci il aprelin 1-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində anadan olub. O, hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada sənəti fakültəsində dərs alır.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}