Rüşvətlə icra başçısının müavini olmaq istəyən şəxs dələduzluğa görə cəza alıbmış

 

Özünü prokurorluq əməkdaşı kimi təqdim edən 61 yaşlı fizika müəllimi hakim qarşısına çıxarılıb. O, dələduzluqda və vəzifəli şəxslərin adından istifadə etməkdə ittiham edilir.

Sozcu.info  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən 1958-ci il təvəllüdlü Əlixan Abıyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş Mobil Həsənzadə iştirak etməyib.

Təqsirləndirilən Əlixan Abıyev Mobil Həsənzadənin məhkəməyə gəlməsini istəyib. Deyib ki, onun şər və böhranları ilə həbs edilib. Onun sözlərinə görə, Mobil Həsənzadə özü daha əvvəl dələduzluğa görə ittiham edilərək şərti cəza alıb: "Mobil başqa bir adamı da həbsə saldırıb. Onun işi də bu məhkəmədə gedir. Bu adam belə mərdiməzarlıqla məşğuldur. Mən and içirəm ki, rüşvət ittihamında günahım yoxdur".

Prosesin davamında məhkəmə istintaqının başa çatdığı elan edilib.

Mobil Həsənzadə kimdir?

Onun dediyinə görə, uzun illər məhkəmələrdə adamların hüquqlarını müdafiə edib. Amma Ə.Abdiyevin prokurorluq işçisi olmasına o da inanaraq aldanıb: "Övladımın müəllimi oğlunu prokurorluğa işə düzəltmək istəyirdi, bundan ötrü adam axtarırdı. Mən də bu məsələdə vasitəçilik etdin. Bayramın oğlu birinci mərhələdən keçmişdi. Əlixan müəllimlə məni Qəşəm tanış eləmişdi. Qəşəm də Bakıda bina tikintisi ilə məşğul idi. Bir gün görüşdük, həmin vaxt Əlixan müəllim kiməsə zəng eləyib, "cənab general, dostumuzun bir işini həll eləməyə kömək lazımdı" dedi. 15 min pul istədilər, sonra bir neçə dəfəyə 13 min verildi. Oğlan indi prokurorluqda işləyir. Amma məlum oldu ki, ikinci mərhələdən də özü keçib, alınan pulla heç bir addım atılmayıb. Bundan başqa övladımın müəlliməsi bacısı qızını da Təhsil Nazirliyinə işə düzəltmək istəyirdi. Həm bundan ötrü, daha bir nəfərin isə Ekspertiza Mərkəzinə işə düzəlməsi üçün də Ə.Abdiyevə pul verdik. Aldadıldığımı biləndən sonra torpaq sahəmi satıb, adamların pullarını qaytardım. Mən özümə görə də 20 min manat vermişdim. Məni icra başçısının müavini təyin etdirəcəkdi".

Mobil Həsənzadə deyir ki, Ə.Abdiyevə pul vermək üçün növbəti görüşlərin biri Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yanında olub. Məhkəmədə məlum olub ki, M.Həsənzadənin özü də 2014-cü ildə dələduzluğa görə məhkum edilib, ona şərti cəza verilib.

Təqsirləndirilən Ə.Abdiyev özünü qismən təqsirli bilir. Deyir ki, pul alıb, amma qarşı tərəfin dediyi qədər yox: "Bir neçə dəfəyə 19 min dollar almışdım. O vaxt müalicəm və başqa problemlərin həllindən ötrü lazım idi. Amma təxminən iki ay sonra aldıqlarımın hamısını qaytarmışam. Özünü Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim etməyim, kimi icra başçısının müavini təyin etdirmək vədiylə pul almağım yalandır. Mənim Korrupsiyaya Qarşı Mübarizə İdarəsində işləyib-işləməməyimi dəqiqləşdirmək iki dəqiqəlik iş idi. Özü də hüquqşünasdır. Generala zəng eləmək məsələsini də indi eşidirəm, belə şey olmayıb. Ancaq Təhsil Nazirliyinə, prokurorluğa işə düzəltmək barədə deyilənlərlə razıyam".

İttihama görə, Ə.Abdiyev özünü Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edib, adamları prokurorluğa, ekspertiza mərkəzinə, Təhsil Nazirliyinə işə düzəltmək adıyla aldadıb. Verdiyi vədlərə əməl etməyən Abıyev zərərçəkmişlərin şikayətləri əsasında həbs edilib.

Zərərçəkmiş Bayram Məmmədov deyib ki, Bakı Dövlət Universitetinin məzunu olan oğlunu Abıyev işə düzəldəcəkmiş. Onun sözlərinə görə, bu təklif Əlixan Tağıyevdən gəlib. Buna görə də 13 min pul verib.

Məhkəmədə məlum olub ki, bu işdə adı keçən əsas şəxslərdən biri Mobil Həsənzadədir. Çünki ayrı-ayrı şəxsləri işə düzəltməkdə onun adı keçir. Amma məlum olub ki, Mobil Həsənzadənin özü də zərərçəkmişdir.

O da məlum olub ki, zərərçəkmiş Bayram Məmmədovun bacanağının qızı Samirə Nağıyeva da bu işdə zərərçəkmişdir. bacanağımın qızı. O da işə düzəltmək üçün 6 min pul verib. Samirə Nağıyeva Səhiyyə Nazirliyində işə düzəldiləcəkmiş.

Qeyd edək ki, Əlixan Abıyev qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 312-ci (rüşvət vermə) maddələri ilə ittiham edilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}