ƏRDOĞAN – BAXÇALI ALYANSI ÇÖKDÜ –Türkiyə prezidenti ölkə kürdləri ilə siyasi ittifaqa gedir? – TƏHLİL

ƏRDOĞAN – BAXÇALI ALYANSI ÇÖKDÜ –Türkiyə prezidenti ölkə kürdləri ilə siyasi ittifaqa gedir? – TƏHLİL

 

Stanislav Tarasov

regnum.ru, 04.11.2018

 

Türkiyənin yarımrəsmi "Resmi Gazete”si xəbər verib ki, Türkiyədə bələdiyyə seçkiləri 2019-un 31 martında olacaq. Namizədliyini  vermək niyyətində olan şəxslər 2018-in 1 dekabrınadək Türkiyə mərkəzi seçki komissiyasında (YSK) qeydiyyatdan keçməlidirlər. Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri beş ildənbir keçirilir. Son dəfə 2014-ün 30 martında baş tutub.

Hakim Ədalət və İnkişaf partiyası (ƏİP) o vaxt 45,6% səs yığıb və müxalifətdən güclü çıxıb. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın başçılıq etdiyi ƏİP sonradan Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün müəyyən etdiyi idarəçiliyin parlament formasından prezident formasına keçəndə öz nüfuzunu hiss olunası dərəcədə itirməyə başladı və 2018-ci il parlament və prezident seçkiləri astanasında Dövlət Baxçalının Milliyyətçi Hərəkat Partiyasıyla (MHP) alyans bağlamağa məcbur oldu. Türkiyənin bir çox ekspertlərinin fikrincə, Ərdoğanın bu gedişi prezident seçkilərinin birinci turundaca qələbəyə nail olmaq imkanı verib, ƏİP və MHP parlamentdə isə Xalq Alyansı (Chumhur Ittifaki) quraraq praktik olaraq istənilən qanunu keçirməyə şərait yaradan təcrübəli çoxluğu təmin edib. Lakin Ədalət və İnkişaf Partiyası özülüyündə cəmi 42,42% mandata sahib olmaqla parlament çoxluğunu itirib ki, bu da millətçilərin 11,7% səsindən asılılığa səbəb olub.

Bununla yanaşı, Baxçalı alyansdakı kiçik tərəfdaş kimi ümid edirdi ki, ikinci hakim partiya adlandırılmağa başlanan partiyası yeni hökumətdə hansısa portfelləri əldə edəcək. Amma başqa şey baş verdi. Millətçilərin düşərgəsində ikitirəlik başlandı, onların mövqeyini kəskin zəiflətdi. Bax, Milliyyətiçi fəaliyyət partiyası buna görə siyasi əfv keçirmək ideyasıyla çıxış etdi, dəstək almadı.

Sonra MHP-nin kürd mənşəli funksioneri Bəkir Bozdağla bağlı əhvalat baş verdi. Bir qrup kürd məhkəmə vasitəsilə "Türk olmaq necə də xoşbəxtlikdir” ("Ne mutlu türküm deyene!”-red.) ifadəsini ehtiva edən məktəb andını (Andımız) ləğv etməyə səy etdi. Türkiyə Ali məhkəməsi tələbi rədd etdi, Bozdağ özündən çıxdı. Öz növbəsində millətçilərə xoş gəlmədi ki, ƏİP onların kürd partiyadaşına dəstək verdi. MHP bəyan etdi ki, indi özünü türkçülüyə qarşı qoyanlarla yolu ayrılır.

Baxçalı böyük tərəfdaşla alyansın dağıldığını elan etdi: onun millətçiləri qarşıdakı bələdiyyə seçkilərində öz bayraqları altında çıxış edəcəklər. Amma, bax, bu maraqlıdır – hakim partiya bu qərara sakit yanaşıb. İş burasındadır ki, müxtəlif taktiki alyanslar bağlamaq üzrə qrossmeyster səviyyəsi sərgiləyən Ərdoğan eyham vurur ki, millətçilərin siyasi qulluğuna daha ehtiyacı yoxdur. Cürətlə güman etmək olar ki, onların düşərgəsinin dağılması prosesində məhz prezident komandasının əli var və indi başqa siyasi cığırdaşlar arayır. Ancaq mürəkkəb iqtisadi durum və Qərblə problemli münasibətlər üzündən Ərdoğanın ölkə içindəki mövqeyinin zəifləməyə başlayacağı və elektoratı millətçilərin ağuşuna itələyəcəyi ehtimalıyla Baxçalının ƏİP və Ərdoğanla münasibətləri bilərəkdən kəskinləşdirdiyi haqda versiya var.

Amma Ərdoğan özünün yeni prezident səlahiyyətlərindən istifadə etməklə cəmiyyətin öz liderliyinə inamını möhkəmlədərək müxalifəti hələlik asanlıqla udur. Hətta görünür, prezident keçmiş zamanlarda şəxsən ona və partiyasına ciddi dəstək vermiş kürdlərə sarı yenidən meyl götürür. Başqa sözlə, millətçilərə taktiki güvənc öz resurslarını tükədib. Buna görə də Bozdağın məktəb andıyla bağlı əhvalatdakı demarşı daha çox klassik siyasi əməliyyat kimi qavranılır. Bir də Türkiyədə əsas seçki dönəmi arxada qalıb, qarşıdakı bələdiyyə seçkiləri ölkədə hadisələrin sonrakı gedişatında az şeyi müəyyən edər. Ərdoğan partiyalararası yeni bölgü və Suriya və İraqda biçimlənən durum nəzərə alınmaqla kürd kartını oynayacaq. Belə manevrdən nə çıxacaq, zaman göstərər.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}