CƏNUBİ ÇİN DƏNİZİNDƏ DƏYİŞƏN GEOSİYASƏT:süni adalar yaratmaqla Pekin bölgənin yeganə sahibinə çevrilir - TƏHLİL

CƏNUBİ ÇİN DƏNİZİNDƏ DƏYİŞƏN GEOSİYASƏT:süni adalar yaratmaqla Pekin bölgənin yeganə sahibinə çevrilir - TƏHLİL

 

Brahma Çellani

"Project Syndicate”

 

Rəsmi Pekinin Cənubi Çin dənizindəki əsas meliorasiya işinə başlamasından beş il keçib və ölkə artıq beynəlxalq müqavimətlə üzləşmədən ərazi status-kvosunu öz xeyrinə dəyişib. Ada inşasına başlamanın ildönümü hövzədəki beynəlxalq dəniz qaydasının mərkəzində geosiyasi yeniliyi göstərir.

2013-cü ilin dekabr ayında Çin materikindən uzaqda yerləşən Spratli arxipelaqında kütləvi işlərə başlayıb. Spratli Amerika qüvvələrinin Cənubi Vyetnamdan çıxmasından sonra Çinin 1974-cü ildə işğal etdiyi Parasel adalarının cənubunda yerləşir. 1988-ci ildə Consonun Cənub Rifi 72 vyetnamlı dənizçinin ölümü və iki gəminin batması ilə nəticələnən Çin hücum meydanı olub.

Dənizdəki çöküntüləri parçalamaq və rifə yerləşdirməklə (saatda 4,530 kubmetrlə 5,924 kubmetr həcmində çöküntü çıxarılıb) 11 hektarlıq yeni torpaq sahəsi yaradılıb. Bütün bu proses zamanı Çin döyüş gəmisi işçiləri mühafizə edib.

O vaxtdan bəri Pekin Cənubi Çin dənizində daha altı süni ada inşa edib və qlobal dəniz ticarətinin üçdə birinin keçdiyi bu strateji sahədəki hərbi aktivlərini davamlı şəkildə genişləndirib. Liman, hərbi binalar, radar və sensor qurğuları, raketdən mühafizə sığınacaqları, yanacaq, su və sursat üçün geniş logistik anbarlar, hətta hava limanları və təyyarə anqarlarının təməli qoyulub. Öz mövqeyini daha da gücləndirməklə, Çin qonşularının öz müstəsna iqtisadi zonalarından resursların istifadəsini dayandırmağa məcbur edib.

Rəsmi Pekinin Cənubi Çin dənizinə iddiası 2016-cı ildə Beynəlxalq Arbitraj Məhkəməsi tərəfindən etibarsız sayılsa da, Çin öz tarixi iddialarını reallığa çevirib və strateji dərinlik qazanıb. Çin liderləri "Sahiblik – mülkiyyət hüququnun onda doqquzudur” məsəlini təsdiqləmək niyyətindədirlər. Dünya göz görə-görə ona bunu etməyə icazə verir.

Pekin bu nəticəni bəxtin ixtiyarına buraxmayıb. Cənubi Çin dənizindəki adalarını qurmağa başlamazdan əvvəl o, bir neçə ay simvolik hərəkətlərlə ABŞ təpkisini sınayıb. Birincisi, 2012-ci ilin iyun ayında Çin beynəlxalq etiraz olmadan mübahisəli Skarboro Şoal adasını Filippindən qoparıb. Çin Dövlət Gəmiqayırma Sənayesi Korporasiyası süni adaları üçün layihələrini öz veb-saytında yerləşdirib. Lakin eskizlər beynəlxalq xəbərdarlıq aldığından onlar sonradan veb-saytdan çıxarılıb.

2013-cü ilin sentyabrında Çin növbəti testə başlayıb: "Tianjing” qazma qurğusu Kuarteron rifinə göndərilib. Peyk şəkilləri daha sonra qazma qurğusunu başqa bir rifdə istifadəsini qeydə alıb. ABŞ prezidenti Barak Obama müqavimət göstərmədiyindən Consonun Cənub Rifində ada qurma layihəsinə təkan verilib.

Bir sözlə, Çin adaları qurmaqda və hərbiləşdirmədə, ABŞ-ın təkpkisinə diqqət yetirə-yetirə tədricən öz fəaliyyətlərini yüksəldir. Obamanın prezidentliyinin son iki ilində tikinti işləri sürətləndirilib. Obamanın son müdafiə naziri Eş Carter keçmiş müdirinin Çinə istiqamətli yumşaq yanaşmasını tənqid edib.

Bütün bunlar bölgənin dəniz həyatında ciddi müşküllər yaradıb. Mərcan rifləri Çin adaları üçün təməl kimi istifadə edilməklə məhv olunub. Onlar dəniz növlərinin çoxu üçün yem və sığınacaq təminatı və Asiyanın bütün əhəmiyyətli balıqçılıq təsərrüfatlarına lazım idi. Yeni süni adalardan kimyəvi su axını da Cənubi Çin dənizinin ekosistemini dağıdır.

İndi prezident Donald Tramp administrasiyası Obamanın yanaşmasının nəticəsi ilə mübarizə aparır. Tramp "azad və açıq Hind-Sakit okean” yanaşması həyata keçirmək istəyir. Lakin "pulsuz və açıq Hind-Sakit okeanı” strategiyasının xilafına, Cənubi Çin dənizindəki yeni tikilən yüksəkliklər hesabına Çin yalnız regionda hava və dəniz patrulu deyil, eyni zamanda, Hind okeanı və Qərbi Sakit okeanında gücün proqnozlaşdırılması strategiyasını inkişaf etdirməkdə üstün yer tutur.

Çinin ərazi ilhaqı mövcud liberal dünya nizamının zəifliyini ortaya qoyur. Region dövlətlərinin geosiyasi və ekoloji ziyanı artır, bu, böyük xərclərə və beynəlxalq dənizçilik əlaqələrinin dəyişməsinə gətirib çıxaracaq.

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti